Magazin1
Xalq artisti üçün vağzalı çalındı: “Özümü zorla sırıyıram, oğlan evinin...” - FOTO/VİDEO
Dekabrın 22-də, Gənclik Mall ticarət mərkzəində yerləşən "Cinema Plus"-da baş rolda Xalq artisti Flora Kərimovanın çəkildiyi “Qayınana 2018” komediya filminin qala gecəsi baş tutub.
Publika.az xəbər verir ki, “Caspian Media Group”un istehsalı ilə çəkilən "Qayınana" filminin layihə direktoru və baş prodüseri Hüseyn Cavadzadədir. Filmin rejissoru Orxan Ağazadə, operatoru Şahmar Səfəroğlu, ssenari müəllifi Nicat Dadaşov, rəssamı İmruzə Hüseynova, səs rejissoru Ədalət Xəlilov, ikinci rejissoru Dilşad Baxşəliyeva, qrim ustaları Sevda Zeynalova, Səbinə İmanova, icraçı prodüserləri Azər Qasımov və Ömər Abdulkərimovdur. Baş rollarda ölkənin tanınmış artistləri: Xalq artisləri Flora Kərimova, İlham Namiq Kamal, Səfa Mirzəhəsənov, əməkdar artist Gülşad Baxşıyeva, həmçinin Sevinc Əliyeva, Elməddin Cəfərov və başqaları çəkilib.
Yaradıcı heyətin iştirakı ilə baş tutan qala gecəsi bir çox əlamətdar hadisələrlə yadda qalıb. Digər qalalarından fərqli olaraq bu dəfə aktyorlar filmi məşhur sənət adamlarının iştirakı ilə deyil, tamaşaçılarla birlikdə izləyib. Filmin qəhrəmanlarını, xüsusilə Flora Kərimovanı görmək üçün kinoteatrda böyük izdiham yaşanıb. Aktyorlar qırmızı xalçaya vağzalı musiqisinin sədaları altında təşrif buyurub. Sevilən sənətçi Flora Kərimova təqdimata başında tacla, baş rolların ifaçıları: aktrisa Sevinc Əliyeva, əcnəbi gəlin obrazında çəkilən nigeriyalı Coy Azum Oqaçuk gəlinlikdə, Elməddin Cəfərovla Riad Əbdülov isə bəy kostyumun da gəlib.
“Bu film sizə məndən bir xatirə qalacaq” deyən Flora Kərimova təəssüratlarını bizimlə bölüşüb:
“Nə olsun ki, 78 yaşım var? Gəlinlərdən nəyim əskikdir? Ərə getməyimi səsverməyə qoyuram. Qərarım zalın alqışlarından asılıdır. Oğlan evinin xəbəri yoxdur, amma mən özümü zorla sırıyıram. Hüseyn çox sağ olsun ki, məni filmə dəvət etdi. Bu film sizə məndən bir xatirə qalacaq. Necə qayınana olduğumu isə görəcəksiniz".
Yeni versiya 40 il əvvəl lentə alınan filmdən fərqlənir. Sujetə əsasən varlı ailənin yeganə oğlu Fuad onların evində işləyən qulluqçu qıza aşiq olur. Amma valideynləri, xüsusilə onun anası Canan xanım obrazını ifa edən Flora Kərimova bu nikahın əleyhinə çıxış edir. Bundan sonra oğlu “Sütül gəlinlər” şirkəti ilə razılığa gələrək valideynlərini Nigeriyadan olan varlı ailənin qızla nikaha daxil olur. Bütün maraqlı hadisələr də elə bundan sonra başlayır. Ekran işində qulluqçu obrazını ifa edən əməkdar artist Gülşad Baxşıyeva filmin sonuna yaxın hamını göz yaşına boğub. Aktrisanın təsirli səhnələri hər kəs qəhərləndirib.
Xatırladaq ki, ilk dəfə 1978-ci ildə çəkilən “Qayınana” filmində baş rolu Nəsibə Zeynalova canlandırıb. F.Kərimova həmin filmdə səsləndirilən mahnıların ifaçılarından biridir.
Aytən
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?