Magazin1
Taleh Yüzbəyov “Maşın” haqqında: “Bu şouda qərarları..."
"Məni dəstəkləyən və mənə görə narahat olan hamıya ürəkdən minnətdaram. Dünyada hər şeyin əvvəli və axırı var. Bu oyun kimi. Maşın şouda mən bir maşın itirib, neçə-neçə yaxşı dost qazandım ki, bu, mənim üçün çox şeydən üstündür. Sərxandan bir zərrə də incikliyim yoxdur və sizdən xahiş edirəm ki, onu təhqir etməyəsiniz. İnsanlar müxtəlif olduğu kimi dəyərləri də müxtəlifdir".
Publika.az xəbər verir ki, bu sözləri aktyor Taleh Yüzbəyov instaqram hesabında yazıb. Oyundan çıxdığı üçün təəssüflənmədiyini qeyd edən aktyor tezliklə yeni videoları ilə izləyicilərini sevindirəcəyini vurğulayıb:
"Bu gün maşınım yoxdur, amma mən nə vaxtsa pul yığıb, özümə maşın ala biləcəm. Lakin həyatda elə şeylər var ki, onu pul yığıb almaq olmur. Məsələn, insanların sevgisi kimi. Bir də ədalət naminə deməliyəm ki, bu şouda qərarları Murad idarə etmir. Bunu şouda olan adam kimi əminliklə deyirəm. O, sadəcə bizdən mövqe bildirməyimizi xahiş edirdi, başqa heç nə. Məni bu oyuna dəvət etdiyi üçünsə ona xüsusi təşəkkür edirəm. Tezliklə fəaliyyətimi davam etdirəcəm. Yeni ilə kimi çatdırsam bir video, gələn ay isə "Zəhər tuluğu"nun ikinci hissəsini çəkəcəm. Çəkiləsi hələ çox video var".
Qeyd edək ki, “Maşın” realiti-şousunun doqquzuncu günündə 61.65 faiz səs toplayan aktyor Sərxan Kərəmoğlu Taleh Yüzbəyovu oyundan çıxartmışdı.
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman3 Oktyabr 16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm



































.jpg)
