Magazin1
56 yaşlı aktrisa cavan və gözəl görünməsinin SİRRİNİ AÇDI - FOTO
Bu həftə Nyu-Yorkda aktrisa Qvinet Peltrounun təşkil etdiyi “Goop Health” sammiti keçirilib.
Publika.az xəbər verir ki, görüş iştirakçıları arasında onun anası Blayt Danner və qızı Eppl Martin, eləcə də El Makferson və Demi Mur olub. Çoxlarına məlum olduğu kimi sonuncu nadir hallarda müsahibə verir və ictimai yerlərdə görünür. Bununla belə Demi Mur sammitdə jurnalistlərin ona sağlamlıq, gözəllik və həyat təriz ilə bağlı ünvanladığı sualları cavabsız qoymayıb.
56 yaşlı Demi Mur öz yaşından xeyli cavan görünür, eyni zamanda qocalmaqdan qorxmur, çünki bu təbii prosesi sakit qarşılayır:
“Hər şey dəyişir. Mənimlə keçmiş arasındakı ən böyük fərq ondan ibarədir ki, indi əvvəlki kimi yaxşı fiziki formada deyiləm. Ancaq bu il mənim əsas mantram qəbul etməyi öyrənmək olacaq. Gözəl bir kitabda oxumuşdum ki, hirslənəndə, inciyəndə, küsəndə, ağrı və acı hiss edəndə biz qocalırıq. Bu, o demək deyil ki, özümüzü həmişə xoşbəxt hiss etməliyik, xeyr. Sadəcə neqativdə ilişib qalmamaq üçün çalışmaq lazımdır.
Və mən dəqiq hesab edirəm ki, gözəllik daxildən başlayır. Sən zahirə nə desən edə bilərsən, bununla belə xoşuna gəlmirsə, özünü pis hiss eləməyə davam edirsən və üzünə tətbiq etdiyin məhsulların faydası sənə şübhəli görünməyə başlayır”.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp









.jpg)
















.jpg)
.jpg)





