Magazin1
Xalq artisti çılpaq videoları yayılan qızlardan GÖRÜN NƏLƏR DEDİ: Qeyrətli kim varsa hamısını...
“Mən deyəndə bəziləri özlərinə sərf edən tərzdə məni qınadılar, linç etdilər. "Nə var burada", "nə oxuyub ki", " niyə qarışırsız", "mənə dəxli var?" deyib keçdiyinizin əks-sədasıdır. Gözəl Çin atalar sözü var - "Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igidsə bir ordunu məhv edir".
İndi Durub günahkar axtarıb, kimisə qurban vermək, artıq gec deyilmi?! Kökünü bəsləyib, üzə çıxan alaqları təmizləməyin nəticəsi olacaqmı?! Özü də biganənəliklə 31 mart soyqırırm müsibətimizi, faciəmizi andığımız bir gündə... Qadın adının məsuliyyəti kişi- adının məsuliyətindən daha böyükdür. Bu kimi hallardan istifadə edənlər, gündəmə gətirənlər heç düşündülərmi nə etdilər?!”
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova instaqramda 3 qızın çılpaq videosu haqqında fikir bildirərkən deyib. Sənətkar bu barədə geniş rəy yazıb.
“Halları ikrah doğuranları qoyduq bir kənara, qardaşları-bacıları, valideyinləri, qohumları, çevrələrində namuslu, qeyrətli kim varsa hamısını gözü kölgəli, başı qapazlı etdilər! Tək dərd budurmu millət?! Sabah biz, millət olaraq, namusundan söz düşəndə oğullarımızın üzünə şillə kimi bu videonu çırpacaqlar ki, sənin "qadının" budur, sənin "kişin" budur, sənin "qeyrətin-namusun" budur?!!! Di, qalxın bunun altından!!! İctimai qınaq, utanc PƏRDƏSİ aradan götürülüb artıq. Kim nə istədiyini etməməli idi, ETDİ! Nə düşündüyün dilinə gətirməməli idi, DEDİ! Açıq şəkildə kimsə əxlaqının alverini edəndə, söz sahibləri açıq-aşkar efir etikası pozulanda, bu yarğanlar çat olan vaxtlar deyəndə ki olmaz, bu bayağılığı yığışdırın, nə qadına, nə kişiyə yaraşmır, cəmiyyəti çirkləndirməyin, bir çoxları əməllərinə haqq qazandırıb üstümə yürüdülər və bunu əksəriyyətiniz görməzlikdən gəldiz (söhbət nüfuz sahablırindən gedir)! Bu gün biri öz dəyərini əlində qazandığı pulla ölçüb, qaval çalıb oynayanda, sabah ona baxıb başqası lüt soyunub salfetka ilə oynayacaqdı. Və oldu! Bunu görmək çoxmu çətin idi? Təəsüfflər olsun ki, artıq ilmələr sökülüb. Baş prokurora, nazirlərə müraciət edilir. Nə günə qaldıq ki, nazir səviyyəsində, Baş prokuror səviyyəsində, deputat səviyyəsində elementar ailə tərbiyəsi həll edilir. Hər gün şəhid qanı bunlara görəmi axıdırıq, hər gün analar bunlara görəmi qara geyinir? Bu olmamali idi, bunu yaşamamali idik, bu yerə çatdirmamalıydıq”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
