Magazin1
Məşhurlar Elina üçün AYAĞA QALXDI: “Ən ağır şəkildə cəzalandırılsın”- VİDEO
Röya Ayxan 162 saylı orta məktəbdə 14 yaşlı Elina Hacıyevanın intiharına biganə qalmayıb.
Publika.az xəbər verir ki, Əməkdar artist qızın ölümündə mətkəb direktorunu ittiham edib.

O, intihardan sonra E.Hacıyeva ilə söhbət edən xanımın Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova olduğunu qeyd edib:
“Ay gözəl xanım, bu sualların yeri idi? Uşağı sürücünüzlə xəstəxanaya çatdırmaq əvəzinə suallar verirsiniz. Mən də belə böyüdüm, 5-ci sinfdə məktəb direktorunun ayaqqabısını geyinib dərsə getdim, çox şükür ona və o günə. Boşanmış ailənin qızı idim, çox şükür olsun ki, bu suallar yağdırana əyilmədim, bəyənməsələr də ayaqda qalıb şəxsiyyət oldum. Amma hamı güclü deyil. Hərdən buna siz bizi məcbur edirsiniz”.
“Eurovision 2011” qalibimiz Nigar Camal isə məlum olayla bağlı Prezident İlham Əliyevə müraciət edib. O, instaqramda video paylaşaraq günahkarların cəzalandırılmasını xahiş edib:

“Ölkə rəhbərliyinə üzümü tutaraq, Bakı şəhəri 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümündə günahı olan həmin məktəbin direktoru, həmçinin, bütün təqsiri olan şəxslərin heç bir güzəşt olmadan, qanun çərçivəsində və ən ağır şəkildə cəzalandırılmasını xahiş edirəm. Cənab Prezident, uşaqlarımızı xilas edin”.
Tanınmış aparıcı Nərgiz Cəlilova da Elinanın ölümündə günahkar olan şəxslərin cəzasını çəkməsini tələb edib. O, Elinanın fotosunu paylaşaraq bu sözləri qeyd edib:

“Onun da xəyalları və arzuları var idi...! Biz niyə bu qədər acımasız, laqeyd olduq ?! Biz niyə bu qədər sevgi bilməz olduq ?!!!”
Xatırladaq ki, edək ki, hadisə aprelin 4-də baş verib. Elina Hacıyevanın ona qarşı məktəbdə edilən təzyiqlərdən sonra intihar etdiyi iddia edilir. Məsələ ilə bağlı məktəbin direktoru Sevinc Abbasova işdən çıxarılıb. İstintaq davam edir.
-
Cənubi Qafqaz16:42Ermənistanda kütləvi həbs: Rusiyaya bağlı siyasətçilər sıradan çıxarılır
-
Dünya15:50Yerin 15 kilometr dərinliyində aşkar edildi: İllərlə gizli qalıb
-
Yaxın Şərq15:43İran ABŞ-ın İsfahan planını ifşa etdi: Bütün gəmilərinizi batırarıq
-
Rəsmi xronika15:18İlham Əliyev sərəncam imzaladı
-
Dünya14:58Türkiyə müharibəyə hazırlaşır: Orduya görün hansı tapşırıq verildi
-
İdman14:28Ulduz futbolçu kubokları bu gözəllə birlikdə qazanır - FOTOLAR
-
Magazin114:15Toya 700 qonaq çağırıb: Gəlininə nə hədiyyə edəcək?
-
İqtisadi gündəm13:16Qiymət artımını necə dayandırmaq olar? - Deputat açıqladı







































