Dünya
NATO-da "qiyam": Lyayenə qarşı sərt ittihamlar - Avropada "dron divarı" davası
Avropa İttifaqının (Aİ) sərhədlərdə "dron divarı" yaratmaq təşəbbüsü NATO-da ciddi narazılıq və parçalanmaya səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Bildirilir ki, Şimali Atlantika Alyansının bəzi rəsmiləri bu layihəni Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin siyasi ambisiyası kimi qiymətləndirirlər.
NATO təmsilçiləri hesab edir ki, Lyayen Avropanın hərbiləşdirilməsini şəxsi uğuru kimi qələmə verməyə və bunu siyasi mirasına çevirməyə çalışır.
Alyansdakı diplomatlardan biri nəşrə açıqlamasında Avropa Komissiyasını səlahiyyət həddini aşmaqda ittiham edib: "Avropa Komissiyası öz ekspertizasının olduğu sahələrə diqqət yetirməlidir. Onlar ticarət sövdələşmələri ilə məşğul olsunlar, transatlantik təhlükəsizlik məsələlərindən isə uzaq dursunlar".
Müəllif: Adəm
-
Banklar 18:24Mərkəzi Bankla bağlı YENİ XƏBƏR - Dəyişiklik baş verdi
-
Region18:12Sahibə Qafarova və Alen Simonyan arasında qısa söhbət oldu
-
Cənubi Qafqaz16:42Ermənistanda kütləvi həbs: Rusiyaya bağlı siyasətçilər sıradan çıxarılır
-
Dünya15:50Yerin 15 kilometr dərinliyində aşkar edildi: İllərlə gizli qalıb
-
Yaxın Şərq15:43İran ABŞ-ın İsfahan planını ifşa etdi: Bütün gəmilərinizi batırarıq
-
Rəsmi xronika15:18İlham Əliyev sərəncam imzaladı
-
Dünya14:58Türkiyə müharibəyə hazırlaşır: Orduya görün hansı tapşırıq verildi
-
İdman14:28Ulduz futbolçu kubokları bu gözəllə birlikdə qazanır - FOTOLAR


































