Magazin1
Cem Adrian Nahidə ilə duet oxudu – FOTO\VİDEO
Türkiyənin məşhur musiqiçisi Cem Adrian Bakıda konsert verib.
Publika.az xəbər verir ki, musiqiçi dünən "Elektra Hall" səhnəsində solo konsert proqramı ilə çıxış edib. Kədərli mahnıların müəllifi kimi tanınan Cem Adrian izdiham dolu konsert salonunda pərəstişkarlarına unudulmaz gecə yaşadıb. Pərəstişkarları sənətçinin, demək olar ki, bütün mahnılarını onunla əzbər oxuyub.
Konsertdən və pərəstişkar ordusunun sevgisindən təsirlənən sənətçi Bakıda bu qədər sevildiyindən xəbərsiz olduğunu etiraf edib. Konsertin ən yaddaqalan məqamlarından biri də Cem Adrianla müğənni Nahidə Babaşlının dueti olub.
Musiqi gecəsini izləməyə gələn qonaqlar arasında əməkdar artist Tünzalə Ağayeva da olub. Ulduz Cem Adrianla şəklini instaqramda paylaşaraq təəssüratlarını qeyd edib:
“Kimsəyə bənzəməyən sənətkarlar dünyaya artıq sənətkarlıqla gəlirlər, Türkiyə müasir musiqisində ən kreativ, olduqca yüksək musiqi duyumlu, öz tərzi olan, işinin peşəkarı olan Cem bəy, Bakıya xoş gəlmisən . Əla bir konsert idi, zövq aldım”.
-
Magazin213:07Kürd əsilli məşhur müğənninin 22 il əvvəlki görüntüsü gündəm oldu - FOTO
-
Ekologiya12:44Sabahın hava proqnozu açıqlandı
-
MDB12:21Parkda yatan azərbaycanlı həbs edildi, sonra Ukraynaya əsir düşdü
-
Sağlamlıq11:57Qadının qaraciyərindən futbol topu boyda şiş çıxardılar - FOTO
-
Ekologiya11:36Qlobal su dövranı ilə bağlı həyəcan təbili: Antroposenin dərin pozulma dövrü başlayıb
-
Hadisə11:20Azərbaycanda Əfqanıstan vətəndaşları saxlanıldı
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal

























.jpg)











