Eyyub Yaqubov erməni bayrağı ilə konsert verib? - Hər şey ÜZƏ ÇIXDI/VİDEO
Bizi izləyin

Magazin1

Eyyub Yaqubov erməni bayrağı ilə konsert verib? - Hər şey ÜZƏ ÇIXDI/VİDEO

Eyyub Yaqubovun mayın 17-də İsveçin Malmö şəhərində Laçının işğal günündə erməni bayrağı altında mahını oxuduğu iddia edilib.

Publika.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Videonu paylaşan və sənətçini vətən xaini olmaqda ittiham edən səhifələr iddia edir ki, əllərində başqa faktlar da var. Lakin bu hədələrin əsassız olduğu üzə çıxıb.

Sözügedən kadrlar sosial şəbəkələrdə səs-küy yaradıb. Həmvətənlərimiz sənətçini ittiham etsə də, məlum olub ki, kadrlarda görünən erməni bayrağı əslində, azərbaycanlı hərbiçinin ayaqqabısının altının fonunda göstərilir.

Erməni bayrağı ayaqqabının altında qalıb, üstdə isə Türk və Azərbaycan bayrağı nümayiş olunub. Sadəcə monitor böyük olduğundan və Eyyub Yaqubovun başının üstündə durduğundan elə fikir yaranıb ki, ekranda erməni bayrağı təbliğ olunur.

Bununla belə Xalq artistinin mayın 17-də Laçının işğal günündə səhnəyə çıxması qıcıq doğurub.

E.Yaqubovun mahnı səsləndirdiyi tədbirin təşkilatçısı Vahid Azərbaycan Dərnəyi olub. Dərnəyin rəhbəri Ayə Coşqun “Yeni Müsavat”a açıqlamasında bunun təxribat olduğunu söyləyib: “Biz İsveçin Malmö şəhərində fəaliyyət göstəririk. Hər il Cümhuriyyət bayramına iki ay qalmış planımızı hazırlayırıq. İsveç hökumətinə bu barədə məlumat veririk. Bu tədbirin Azərbaycanla heç bir əlaqəsi yoxdur. İsveçdə keçirilən bütün tədbirlərin məsuliyyəti bu hökumətin üzərinə düşür. Hər il Cümhuriyyət gününü qeyd etdiyimiz üçün təqvimə əvvəlcədən baxırıq. İşğal və digər bizim üçün ağrılı günlərə tədbirlər salmırıq. Allaha şükür oxumuşuq, bilirik ki, 17 may Laçının işğal günüdür. Mən aidiyyəti şəxslərə dedim ki, bizə 17 maydan savayı hansı gün konsert zalı təşkil edə bilərsiniz. Onlar bizə dedilər ki, ya cümə, ya da şənbə günü ola bilər. 17-nə qəti etiraz bildirmişəm. İndi burada belə bir məsələ qaldırmaq ki, Eyyub bəy 17 may günü konsert verib, bu, ona qarşı çox böyük haqsızlıqdır. Çünki konsert 18-də baş tutub. İsveç hökuməti bizə 2 gündən birini təklif edib və biz də məcbur qalıb 18 mayı seçmişik. Bu, mənim Azərbaycan Dərnəyinin rəhbəri kimi fəaliyyətimə haqsızlıqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm