Magazin1
Azərbaycanın ən uzun telelayihəsi EKRANLA VİDALAŞDI - FOTO
ATV kanalının, ümumiyyətlə Azərbaycanın ən uzunömürlü televiziya layihəsi olan “Bacanaqlar” serialı ekranla vidalaşıb.
Publika.az xəbər verir ki, bu barədə ekran işinin instaqram səhifəsində məlumat verilib. Layihə rəhbəri Elməddin Cəfərovun olduğu və 10 ilə yaxın davam edən serial 444-cü bölümdə finala gedib:
“Hər gözəl başlanğıcın bir sonu olur. Bu illər ərzində bizimlə çox insanlar çalışdı. 100-dən çox əsas rol iştirakçıları, 2000-dən çox kütləvi səhnələrdə çəkilən insanlarla qarşınızda olduq. Bu 10 ildə sizə gülüş bəxş etdiyimiz üçün çox xoşbəxtik. Hər bir tamaşaçımızı öpüb bağrımıza basırıq”.
“Bacanaqlar”, “Köhnə Bacanaqlar”, “Eks-Bacanaqlar”, “Şərikli Ev”, “Yeznə-Qayın” adı ilə yayımlanan komediya teleserialının quruluşçu rejissoruluğunu Orxan Əli edib, baş redaktor Ənvər Abbasov, ssenari müəllifləri Elnur Hüseynov (II), Tərlan Nur-Yaşar, Samid Ağayev, Fuad Rəsulzadədir.
Serial haqqında maraqlı faktlar
Bacanaqlar Azərbaycanın ən uzun serialıdır və ATV kanalında həftədə 1 dəfə olmaqla yayımlanırdı.
Bu serial həm də ən çox aktyor və qonaq-aktyorlarının çoxluğu ilə seçilir.
Azərbaycan kino tarixində sponsorların reklam edilməsi də ilk dəfə bu serialda görülüb.
Ənənəvi olaraq, hər seriyanın sonunda mütləq alınmayan gülməli kadrlar bir-neçə dəqiqə göstərilir.
Yeganə rol Vəfadır ki, seriya ərzində 3 fərqli aktrisa (ilk 2 mövsüm Ülviyyə Əliyeva, növbəti 2 mövsüm Ləman İmanova və son 1 mövsüm Könül Şahbazova) tərəfindən canlandırılıb.
Bacanaqlar serialındakı hər mövsüm təxminən 40-45 seriyadan ibarət olur və bəzi mövsümlərin öz adları var.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
