Magazin1
Məşhur bəstəkar Səidə Sultan haqda GÖRÜN NƏLƏR DEDİ: Bu qız... - VİDEO
Müğənni Səidə Sultan Xalq artisti Aygün Kazımovanın “Apar məni” adlı mahnısına yeni nəfəs verib. Xalq artistinin fəaliyyətinin ilk illərində dillər əzbəri olan “Apar məni” kompozisiyasını Səidə Sultan fərqli tərzdə təqdim edib.
Bəstənin müəllifi Cavanşir Quliyev yeni versiya haqqında fikirlərini Publika.az-a bölüşüb.
O, hesab edir ki, əslində mahnının ifası üçün icazə alınmaz. Daha sonra görkənmli bəstəkar sözlərinə belə davam edib:
“Bu, təəssüf ki, son illər bizdə peyda olan əcaib adətlərdən biridir - hər bir mahnı oxunmaq üçün yaranır, nə qədər çox müğənni, hətta musiqiçi olmayan insanlar belə oxusa, mahnının həyatı uzanar və o, insanlara zövq verməyə davam edər. Bu, hər bir bəstəkarın arzusudur, o cümlədən, mənim də.

Gələk Səidə Sultana - mənə yazdı, yuxarıda dediklərimi ona da dedim, bilirəm ki, bu mahnının ilk və bu günə qədər tək ifaçısı olan Aygünlə də əlaqə saxlayıb. Hətta Aygün bir-iki xətaların düzəldilməsində ona yardım da edib, qısası – “icazə” adlanan qondarma Azərbaycan adətinin bütün qaydalarına riayət edib bu qız.
Gələk mahnıya - mən bütün mahnılarımı həmişə özüm arranje etdiyim səbəbindən, bu mahnını ilk dinlədiyimdə qəribə hiss keçirdim, sanki başqa kimsə mənim övladıma yeni bir əlbisə geyindirib, mənim uşağım başqa cür görünür... Təkrar dinlədiyimdə qulaqlarım və beynim yavaş-yavaş alışmağa başladı mahnının bu versiyasına və özüm-özümə dedim: “noolar, belə də olar, bu versiyanın da, necə deyərlər, yaşamağa haqqı var”. Səidənin oxumağı da yaxşıdır, bir daha ona təşəkkür edirəm”.
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?
-
Yaxın Şərq09:33ABŞ İrandan əl çəkmir: Vaşinqton blokadanı sonsuza qədər davam etdirəcək
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO
-
Magazin206:16Qızı ilə çimərlik geyimində poza verdi - FOTOLAR












.jpg)

















.jpg)









