Magazin1
“Ölsəm bağışla” filminin ulduzu 30 il sonra TANINMAZ HALDA - FOTO
"Hə...artıq 49-u haqladım, 50-yə heç nə qalmayıb. İndi bunu özümə tez-tez ucadan söyləyəcəyəm. Sonra da içimdən gələn səsləri dinləməyə çalışacağam. Görüm daxilimdə nə dəyişib".
Publika.az xəbər verir ki bu sözləri aktrisa Gülzar Qurbanova doğum günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
Dünən 49 yaşını qeyd edən məşhur sözlərinə belə davam edib:
"Əlimdən gələn qədər açıq, düzgün, səmimi olmağa cəhd edəcəm. O dünyanı fikirləşərək əməllərimi saf cürük edəcəyəm. Yunus İmrə demişkən "Bir mən vardır, məndən içəri". Həmin məndən içərimdəki mənə yaxınlaşıb, onunla qovuşmağa cəhd edəcəyəm. Və...sonra da əldə etdiyim bütün uğurlara, uğursuzluqlara, sınaqlara, qazandıqlarıma, itirdiklərimə, sevincimə, kədərimə, hər açılan səhərimə, yaşadığım bu həyat üçün Allahıma şükürlər edəcəyəm. Və sonrada dünyanın hər küncündə hər kəsə səslənəcəm: hər millətə, hər irqə, hər dinə. SİZİ SEVİRƏM, DUA EDİN!"
Məlumat üçün bildirək ki, 1989-cu ildə lentə alınan "Ölsəm bağışla" filmində Xalq artisti Fəxrəddin Manafovla tərəf müqabili olan Gülzar Qurbanova bu ekran işində yaratdığı rolu ilə populyarlıq qazanıb. O, məşhur rejissor Elxan Cəfərovla evlidir.
Qeyd edək ki, aktrisa bu yaxınlarda tanınmış dramaturq Mircəlal Paşayevin eyniadlı əsəri əsasında hazırlanmış "Nazik mətləb" filmində tamamilə başqa bir obrazda qarşımıza çıxacaq. Ekran əsərində onun tərəf müqabili model Rüstəm Cəbrayılovdur. Film astronomiya müəlliminin öz şagirdinə aşiq olmasından və onların nakam məhəbbət hekayəsindən danışır. Maraqlıdır ki, 49 yaşı olsa da, gənclik cazibəsini itirməyən kino ulduzu burada 22 yaşlı gənc qızı ifa edir.

-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)




























.jpg)
.jpg)
