Magazin1
İllər sonra yeniyetməlik sevgilisinə ərə gedən məşhur aparıcıdan ŞOK ETİRAF: Vaxtında... - VİDEO
Yeniyetməlik və gənclik məhəbbəti ilə illər sonra ailə quran aparıcı Kamilə Babayeva Publika.az-a müsahibəsində həyat yoldaşı ilə münasibətlərindən danışıb.
Televiziya ulduzu etiraf edib ki, həyat yoldaşı onda ən çox yumor hissini yüksək qiymətləndirir: “Fərziyyələrimə qalarsa, yəqin ki, yumor hissimi yüksək qiymətləndirir. Zarafatcıl olmağım və məndəki həyat eşqi hərdən onu qıcıqlandırsa da, əsas amillərdən biri budur. Heç nəyin dərininə gedən biri deyiləm. Hər hansı problemi uzatmağı sevmirəm, ona haqq qazandırmaq üçün mütləq bir səbəb tapıram. Sözsüz ki, bu səbəb əsaslandırılmış bir arqument olmalıdır, balansı qoruyuram.
Kimisə bəyənməyə bilərik, amma unutmaq olmaz ki, onun yaxşı xüsusiyyətləri də var. Yaxşı ilə pisi tərəziyə qoymaq lazımdır. Əgər müsbət keyfiyyətlər mənfini üstələyirsə, o pisləri unuduram".
O, eyni zamanda yeniyetməlik illərindən tanış olduğu yoldaşı ilə münasibətlərini gec rəsmiləşdirməyin səbəbini də açıqlayıb: “Bəli, biz uzun illərdir bir-birimizi tanıyırıq. Burada deyiblər ki, vaxtında evlənsəydin, indi özün boyda övladların olardı (gülümsəyir). Buna baxmayaraq Allahımdan çox razıyam. Bu suala da bir sözlə cavab verəcəyəm, qismət... Hər hadisənin bir zamanı, bir tarixi və bir anlamı var. Demək ki, bizim də qismətimiz belə olmalı idi”.
Video: Sevinc Xanqızı
-
Nida Xəbər 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO






















.jpg)














