Magazin1
Sənubər İsgəndərli illər sonra Kamran Ağabalayevin “Ağacdələn” FİLMİNDƏ - VİDEO
Baş rollarda Kamran Ağabalayev, bir neçə ildir ekranlardan uzaq düşən əməkdar artist Sənubər İsgəndərli, Xalq artisti Qurban İsmayılov, aktyor Əlixan Rəcəbov, Taleh Yüzbəyov, Zariba Qurbanova və başqalarının çəkildiyi “Ağacdələn” filmi tezliklə tamaşaçıların görüşünə gələcək.
Publika.az xəbər verir ki, bu barədə ekran işinin müəllifi Kamran Ağabalayev sosial şəbəkədə məlumat verib:
“Bu film son iki il ərzində qarşılaşdığımız bəzi hadisələrin, xəyallarımız ilə əl-ələ verməsi nəticəsində əmələ gəlib! Vüsal ilə birgə əmələ gətirməyə çalışmışıq! Əsgər filmin əsas sütünlarından biridir. Ağa Mehdi daha bir sütundur. Pərviz İsaqov və Adil Nəcəfov isə filmin səsi, dili və beynidir. Əminə Hacıağa qızı döyünən ürəyidir! Mənə dəstək olan hər kəsə təşəkkür edirəm! Aktyor Elcan Rəsulov bu filmin desertidir. "Ağacdələn" artıq oktyabrın ayının 4-dən kinoteatrlarda qarşınıza çıxacaq!”.
Məlumat üçün bildirək ki, psixoloji-triller janrında çəkilən "Ağacdələn"in quruluşçu rejissoru Kamran Ağabalayev və Vüsal Əhmədzadə, quruluşçu operator isə Orxan Məmmədovdur.
Qeyd edək ki, "Ağacdələn" filmi insanların iç üzünü aşkara çıxarmağa çalışır. Hər kəslə onun anladığı dildə danışır, hər kəsin xarakterini öncədən analiz edir və istəklərinin qarşısında nələr vəd edəcəyini də gözəl bilir.
Qızının porno videosunun yayılmaması müqabilində xəstənin kəsilməli olan sağ ayağının yerinə sol ayağın kəsilməsi təklifi Ağacdələn üçün normal bir təklifdir. Daha neçə belə təklif və daha neçə belə qurban? Bəs qurbanların bir biri ilə bağlılığı varmı? Ümumiyyətlə qurbanlar necə seçilir? Bəs Ağacdələn kimdir? Şirkət, holdinq, yoxsa sadə vətəndaş? Ağacdələn nəyə və niyə xidmət edir? Görəsən niyə məhz Ağacdələn?!
Aytən Məftun
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək












.jpg)

























