Magazin1
Xalq artistləri işdən çıxarılıb? - Universitetdən AÇIQLAMA
Xalq artistləri Ağakişi Kazımov, Azər Zeynalov, Valeh Kərimov, Ötkəm İsgəndərov, Nadir Xasıyev və ümumilikdə 30 müəllimin Mədəniyyət və İncəsənət Universitetindən qovulması barədə məlumat yayılıb. İddia olunub ki, müəllimlər incidilib və öz ərizələri ilə universitetdən getməyə məcbur edilib.
Mədəniyyət və İncəsənət Universitetin mətbuat xidməti şöbəsindən Publika.az-a verilən verilən məlumata görə, xəbər həqiqəti əks etdirmir və heç bir müəllim işdən çıxarılmayıb.
Məlumatı dəqiqləşdirmək üçün adı çəkilən şəxslərlə əlaqə saxladıq.
Xalq artisti Azər Zeynalov məlumatı təkzib edib və əlavə edib ki, işdən təxminən 3 il əvvəl işdən çıxıb: “Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi yeni kafedra yaradırdı, məni kafedra rəhbəri kimi işə dəvət etmişdi. Odur ki, özüm ərizə yazıb universitetdən getdim və Konservatoriyada çalışmağa başladım”.
Xalq artisti Valeh Kərimov də qeyd edib ki, o, 5 il əvvəl işdən yaşı ilə əlaqədar ayrılıb: “Yalan söhbətdir, bunu niyə indi yazıblar, hardan yadlarına düşüb. Yaşıma görə işdən çıxmışam. Adları çəkilən bir çox Xalq artistləri də məndən əvvəl işdən çıxıb. Sadəcə panika yaradırlar”.
Qeyd edək ki, bu barədə ilkin informasiyanı BakPost yayıb.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
