Magazin1
"Ölsəm bağışla" filminin ulduzu: “Teatr mənim üçün artıq oyun deyil” - FOTO
"Teatr mənim üçün artıq oyun deyil. O, həyatımın mənasına, etiraza, qiyama, vəziyyətdən çıxış yoluna çevrilib. Hər dəfə ümidsizləşəndə o mənə ümid verir, gəmi qəzasına düşənlərin sahilə üzüb çıxa bildiyi taxta parçasına çevrilir".
Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülzar Qurbanova sosial şəbəkədə paylaşıb. 25 yanvar tarixində saat 19.00-da "Yuğ" teatrında Vladimir Klimenkonun “Medeya Teatrı” pyesi əsasında səhnələşdirilən "Medeya" tamaşası ilə teatrsevərlərin görüşünə gəlməyə hazırlaşan aktrisa sözlərinə belə davam edib:
" "Medeya" tamaşasında deyildiyi kimi - aktyor hər dəfə yenidən doğulan, amma gözə görünən bir ruhdur. Dəlicəsinə sevən Medeya, həm nifrət edən, həm də sevgisi naminə hər şeyə qadir olan".
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənovadır. Apokrifik etiraf janrında hazırlanan tamaşada rolları teatrın aktyorları Əməkdar artistlər Sonaxanım Mikayılova və Gülzar Qurbanova ifa edəcək. A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş olunacaq tamaşa Medeyanı oynamağa cəhd edən iki aktrisa arasında dialoq üzərində qurulub: biri - uşaqlarını öldürməmişdən öncə, o biri - öldürdükdən sonra. Tamaşa aktyorun zamanla münasibətləri haqqında poetik pritçadır.
Məlumat üçün bildirək ki, 1989-cu ildə lentə alınan "Ölsəm bağışla" filmində Xalq artisti Fəxrəddin Manafovla tərəf müqabili olan Gülzar Qurbanova bu ekran işində yaratdığı rolu ilə populyarlıq qazanıb. O, məşhur rejissor Elxan Cəfərovla evlidir.
Qeyd edək ki, aktrisa bu yaxınlarda tanınmış dramaturq Mircəlal Paşayevin eyniadlı əsəri əsasında hazırlanmış "Nazik mətləb" filmində tamamilə başqa bir obrazda qarşımıza çıxacaq. Ekran əsərində onun tərəf müqabili model Rüstəm Cəbrayılovdur. Film astronomiya müəlliminin öz şagirdinə aşiq olmasından və onların nakam məhəbbət hekayəsindən bəhs edir. Maraqlıdır ki, 49 yaşı olsa da, gənclik cazibəsini itirməyən kino ulduzu burada 22 yaşlı gənc qızı ifa edir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
