Magazin1
Parlamentə getsəydim... - Faiq Ağayevdən MARAQLI AÇIQLAMALAR/VİDEO
Xalq artisti Faiq Ağayev “Popumuz var” verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, o, parlament seçkilərində namizədliyini verməməsinin səbəbini açıqlayıb:
“Şəxsi azadlığımın bir çox hissəsindən məhrum olmuş insanam. Məsələn, istədiyim kimi pəncərini açıb, siqaret çəkə bilmərəm.
İndi şəxsi azadlığımın 70 faizini itirmişəm, parlamentə getsəydim isə 95 faizi əldən gedəcəkdi. Mən buna hazır deyildim. Bu eqoistlik kimi görünməsin. Hələ ki yaşımın çiçəklənən vaxtında şəxsi həyatımı qurban verməyə hazır deyiləm. Mən işin məsuliyyətini danışayan insanlardanam. Gündə beş dəfə namaz qılan insan rüşvət götürür, söyüş söyür. Dində olan dostlarım söyləyəcək ki, hamı bir deyil axı. Amma olmamalıdır. Namaz qılmayan insan bunu edə bilər.
Eynən mənə elə gəlir ki, biri deputatdırsa, qanuna görə, onun başqa qazanc mənbəyi ola bilməz. Yalnız yaradıcılığa icazə verilir. Anladım ki, 12 nəfər ailəyə məvacib verən insan bunu edə bilməyəcək. Toya gedə bilməyəcəm. Deputat necə toy apara bilər?
Elə deputat var ki, deputat sorğusunu 1000 manata edir. Sonra da məsələnin aqibəti onu maraqlandırmır. Elə deputat da var ki, tədbirə çağırırlar. Görür ki, orada televiziya yoxdur, geri gedir.
Mənə dedilər ki, pullu insanla eyni dairədən namizədliyini verərdin. Biz tacirliyi yaxşı bacarırıq. Sonuncu məqamda 50- 70 min pul götürüb, geri çəkilərdin. İndi 48 yaşım var, növbəti seçikilərdə 53 yaşım olacaq. Bəlkə növbəti seçikilərdə daxilən hazır oldum”.
Xalq artisti çəkiliş əsnasında mərkəz küçələrinin birində əlbəyaxa dava edən gənclərə yaxınlaşaraq mübahisələrinə son qoyub. Çəkilişə davam edən Xalq artisti “Mən belə şeyə dözmürəm. Həbsxanaya girən adamın psixolgiyası dəyişir” deyə reaskiya göstərib.

-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
