Magazin1
Tural Əsədov Rusiyanın möhtəşəm LAYİHƏSİNDƏ - FOTO/VİDEO
Tanınmış aparıcı və aktyor Tural Əsədov Rusiya istehsalı olan “Maqomayev” serialında epizodik səhnədə rol alıb.
Publika.az xəbər verir ki, dünən serialın birinci mövsümünün ilk seriyasının premyerası olub.
Serial 1960-cı illərin sonlarından, Brejnevin hakimiyyət illərində baş verən hadisələrdən bəhs edir. Ekran işində insanlar və bütövlükdə ölkə üçün çətin, eyni zamanda xoşbəxt günlər təsvir olunub.
Serialın əsas qəhrəmanları azərbaycanlı musiqiçi Müslüm Maqomayev və onun həyat yoldaşı Tamara Sinyavskayadır. Əsas hadisələr onların tanışlığından və aralarındakı ehtirasın alovlanmasından sonra cərəyan edir. Lakin bu sevgiyə mane olan böyük səbəblər var, sənətə yeni başlayan opera müğənnisi evli idi, Sovet pop səhnəsinin kralının isə başqa münasibəti var idi.
Odur ki, taleyüklü görüşə qədər onlar bir-birlərinin həyatını dağıtmamaq qərarına gəlir. Bütün maneələrə baxmayaraq, onlar başa düşür ki, sevgidən xilas yolu yoxdur. Bir müddətdən sonra tale onları yenidən Parisdə görüşdürür.
Qeyd edək ki, birinci kanalda yayımlanan serialda baş rolları Bikoviç Miloş, Babkin Kseniya, Ustinov Svetlana canlandırır.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
