Magazin1
Məşhur aktrisa: “Dua sözlərdə yox, insanın daxilindəki inancdadır”
“İnanmaq üçün ya çox sadəlövh, ya da çox ağıllı olmaq lazımdır. Mənsə nə çox ağıllı, nə də sadəlövhəm. İmanın iki gözəl növü var: alimin və çobanın, yəni sadəlövh bir insanın imanı”.
Publika.az xəbər verir ki, bu sözləri 49 yaşlı tanınmış aktrisa Gülzar Qurbanova sosial şəbəkədə yazıb.
Əməkdar artist onu imana aparan fəlsəfi düşüncələrini bölüşüb.
O, hesab edir ki, bilik də insanı imana aparır: “Biliyin yüksək pilləsinə qalxmaq mənə nəsib olmayacağı üçün (heç orta pilləsinə də) öz sadəlövhlüyümə qayıtmağa çalışıram. Yerı gəlmişkən, bilik də insanı imana aparır, çünki çox bilən insan hələ nə qədər məchullardan xəbərsiz olduğunu anlayır”.
Aktrisa duanın əhəmiyyətindən də bəhs edib: “Mənim üçün duanın xüsusi əhəmiyyəti var, məsələn, həyatımda elə çətin, dözülməz vəziyyətlər yaranır ki, çaşıb qalıram, çıxış yolu tapa bilmirəm. Məsələni belə görəndə qanımı qaraltmıram, əlimi saymazyana yelləyib üzümü yana çevirirəm. Sanki baş verənlər mənə yox, başqasına aiddir. Öz-özümə deyirəm: “Qoy başqaları baş sındırsın! Çıxış yolu tapmaq mənlik deyil!” Sonra baxıram ki, problem gözlənilmədən, öz-özünə həll olundu. Deməli, dua sözlərdə yox, insanın daxilindəki inancdadır”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)




























.jpg)
.jpg)
