Magazin1
Pərvin Abıyeva sevgilisindən ayrılmasından danışdı - VİDEO
“Adımı mətbuatda bu məsələdə hallandıranda çox pis oldum. O ailənin yarası var. Bu hadisədə heç birimizi polisə çağırmadılar. Qismət idi, cinayət hadisəsi deyildi. Çox gənc idi, olmamalı idi... Hələ də heç birimiz özümüzə gələ bilməmişik. Ekspertizanın rəyi oldu. Bu, bədbəxt hadisə idi, ümumiyyətlə bu barədə danışmaq istəmirəm”.
Publika.az xəbər verir ki, bu sözləri tanınmış aktrisa Pərvin Abıyeva prodüser Tarix Əliyevin (Tolik) yutub kanalında yayımlanan verilişinin növbəti buraxılışında qonaq olarkən deyib. Aktrisa ilk dəfə sevgilisi Murad Abdullayevdən ayrıldığını təsdiq edib:
“Həyatımda heç kim yoxdur və uzun müddət də olmayacaq. 2020-ci il daxil olandan bədbəxtliklər dayanmır. Avstraliyadakı meşə yanğını, koronavirus... Ölüm hadisələri çox oldu. O hadisədə mənə çox adam dedi ki, uğursuzdur. Bu qədər hadisənin də mənimlə əlaqəsi var? Belə çıxır ki, dünyaya gəlməyim uğursuzdur? Həmişə yüz qızın içindən gözə batıram. Qapalı da geyinsəm, açıq da. Ya tənqid, ya da təhqir olunuram. Məni ailəm çox gözəl tanıyır. Heç vaxt məhdudiyyət qoymurlar”.
Ulduz Tolikin “Pərvin Abıyeva bahalı qadındır?” sualına isə belə cavab verib:
“Məni əldə etmək üçün pula ehtiyac yoxdur. Əsas qayğı və sevgidir. Münasibətim olduğu insandan heç vaxt pul götürməmişəm. Ac qalaram, heç bir kişidən pul istəmərəm. Onu özümə acizlik bilirəm. Mənə “Maşın şou”dan sonra zəng edib, avtomobil hədiyyə etmək istəyiblər, qəbul etməmişəm. Bir dövlət məmurunun adından zəng etmişdilər ki, heç bir qarşılıq gözləmədən sizə avtomobil hədiyyə etmək istəyirik. Onda da mənim münasibətim var idi. Zəng edilən zaman yanımda idi... Qəbul etmədim. Amma həyatımda heç kim olmasaydı, sırf hədiyyə kimi verilirdisə, qəbul edərdim. Öz maşınım var, onu alıb satardım. Bilmirəm, bəlkə yalan idi, başqa təklif edəcəkdilər. Müğənnilərimizə, Xalq, Əməkdar artistlərimizə elə hədiyyələr veriblər ki... İndi kişilər bicləşib, elə şeylər etmirlər”.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp









.jpg)
















.jpg)
.jpg)





