Magazin1
Azərbaycanlı GİMNAST SİRRİNİ paylaşdı: “Ərim bunu görəndə huşunu itirdi” - FOTOLAR
“Karyeramı başa vurduqdan sonra inanılmaz dərəcədə kökəldim. Hər şey yeyirdim, əsasən, quru yeməklər. İdmanı atmışdım. Gimnastika ilə məşğul olduğum müddətdə çəki ilə problem yaşayırdım, həmişə arıqlayırdım. Karyeramın sonunda - altı ay ərzində 8 kq kökəlmişdim. 60 kq çəkidə olmaq xoşagələn deyildi. Nəticədə, dərim pisləşməyə başlamışdı, qollarım kökəlmişdi, sinəm böyümüşdü, qarnım və buxağım çıxmışdı. Bir anda özümü sevmək istədiyimi başa düşdüm, amma ideal çəkimdə olmadığım üçün özümü sevə bilmirdim”.
Publika.az xəbər verir ki, bu sözləri sabiq azərbaycanlı gimnast Samirə Mustafayeva sosial şəbəkədə yazıb.
Nyu-Yorkda və Moskvada məşhur fitnes zalının sahibi olan gimnast uğur hekayəsini izləyiciləri ilə bölüşüb: “Bizim üçün hansı çəkinin ideal olacağına özümüz qərar veririk. Daha kökəlmək istəmədiyimi başa düşəndə dəyişməyə başladım. Bu ərəfədə həyat yoldaşımla qarşılaşdım. Steykə nə qədət ketçup tökdüyümü görəndə huşunu itirdi. Qidalanma rasionumu tamamilə dəyişdim, idmana başladım və yenidən əvvəlki formaya qayıtmağa başladım. Heç vaxt arıq olmaq istəməmişəm, bədəni əzələli olanda sevirəm. İl ərzində 8 kq arıqladım, düzgün qidalanmağa, aktiv həyat tərzi sürməyə başladım, idmanla məşğul oldum və özümü daha xoşbəxt hiss etdim!”
Gimnast bildirib ki, bundan sonra fitnes studiyası açmağa qərar verib: “Studiya açdıqdan sonra hər şey dəyişdi. Məşqçi və fitness studiyasının qurucusu olmaq məni daha da ruhlandırır. İnanıram ki, bu, insanların daha xoşbəxt və daha inamlı olmalarına kömək etmək üçün bir şansdır. Mümkün olmayan heç nə yoxdur, hər şey mümkündür, ən başlıcası inanmaq, istəmək və heç vaxt imtina etməməkdir!”
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi






.jpg)




.jpg)






















.jpg)
.jpg)
