Magazin1
Oqtaydan xəyanət iddialarına CAVAB: Nə məni kimləsə tutublar, nə də yatağıma...
“Hər birinizin fikirlərinə hörmətlə yanaşıram. Bilirəm, məni istəyənlər də, istəməyənlər də var. Amma bu o demək deyil ki, məni istəməyənlərə qarşı pis fikirdəyəm. Bu, sadəcə, şəxsi fikirdir... Həyatda səhvsiz insan yoxdur. Heç kəs ideal deyil”.
Publika.az xəbər verir ki, bu sözləri bloger Aysel Şükürovanın həyat yoldaşı Oqtay Əhmədov instaqramda yazıb. Aysellə münasibətlərinə son qoyduğu deyilən Əhmədov ona xəyanət etməsi barədə yayılan iddialara cavab verib. O, Ayselin güclü qadın olduğunu və boşansalar da, uşaqlarını birlikdə böyüdəcəklərini bildirib:
“Hər bir ailədə söz-söhbət ola bilər. O da evin içində qalmalıdır. Evin qapısından kənara çıxmamalıdır. Nə birinci ayrılanıq, nə də sonuncu. Boşananlar bizdən də əvvəl olub, sonra da olacaq. Bəli, Aysellə aramızda bəzi söz-söhbətlər ola bilər, o da bizə aid olan məsələdir. Kiminsə ailədaxili söhbətləri kimlərəsə maraqlı gəlməsin. Bizim ayrılığımızı istəyənlər də var, istəməyənlər də. Dediyiniz xoş, pis sözlərə görə minnətdaram. Aysellə intriqa aparıb, düşmən olmayacam. O olsa, bu, onun şəxsi işidir.
O, mənim uşaqlarımın anasıdır, ayrı yaşasaq belə 3 uşağı bir yerdə böyüdəcəyik. Hər zaman onların yanında olacam və qoruyacam. Aysel güclü qadındır. Şəxsən məni tanımayan, bilməyən insanların ünvanıma dedikləri sözlər mənə çatmır. Amma məni narahat etmirlər, çünki ciddiyə aldığım mövzuda danışıram. Sadəcə boş söz-söhbətlərə uyub artıq-əskik yazan insanları qınayıram.
Nə məni kimləsə tutublar, nə də yatağıma kimisə salmışam. Sadəcə düşüncə cəhətdən yazıq olan biri gücü çatmayacaq yükü daşımaq istəyir və ortalığa əsassız bir məlumat atıb. Onun yalanına uyan məntiqsiz insanlar gördüm”.
Qeyd edək ki, 400 minlik toy xəbərləri ilə gündəmə gələn Aysel və Oqtay 2017-ci ildə ailə qurmuşdu. Cütlüyün boşanma səbəbi kimi Oqtayın Ayselə xəyanət etməsi göstərilir.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp









.jpg)

.png)















.jpg)
.jpg)





