Magazin1
5 əfsanəvi Xalq artistimiz möhtəşəm layihədə - Məbud Məhərrəmovdan maraqlı açıqlamalar
“Maqsud İbrahimbəyovun rejissorluğu ilə “Qara paltarlı qadın” adlı tamaşa qurmalı idik. Pandemiya səbəbiylə karantin elan edildiyi üçün bu müddətdə teatr məşqlərini “Zoom” proqramı vasitəsiylə həyata keçirməli olduq. Amma sözsüz ki, evdə edilən məşqlər teatrdakı yaradıcı mühitin yerini əvəz etmir. Teatrsevərləri anlayıram, neçə aydır ki, tamaşalar nümayiş olunmur, teatrımız boş qalıb. Onların nə zaman açılıb-açılmayacağına Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verəcək. Hər halda bilirik ki, bu, müvəqqəti çətinlikdir. Teatrların açılmasını mən də tamaşaçılar kimi səbirsizliklə gözləyirəm”.
Bu sözləri Publika.az-a açıqlamasında Xalq artisti Məbud Məhərrəmov deyib. Aktyorun sözlərinə görə, pandemiya ona tamamilə fərqli şərtlər altında yaradıcılıqla məşğul olmağı, bununla belə öz axtarışlarını davam etdirməyi və yeni münasibət qaydaları çərçivəsində yaşamağı öyrədib.
Tanınmış sənətçi bir çox həmkarlarından fərqli olaraq karantin müddətində boş dayanmadığını, yaradıcılıqla məşğul olduğunu deyib:
“9 May Qələbə Günü ilə bağlı AzTV-də “Ana və poçtalyon” adlı qısametrajlı bədii filmin çəkilişləri oldu. Xalq artistləri Həmidə Ömərova, Rasim Balayev, Ənvər Sadıqov, Gülyanaq Məmmədova, həmçinin Əməkdar artist Elnar Qarayev və başqalarının rol aldığı bu layihənin müəllifi Etibar Babayev idi. Vətənpərvərlik mövzusunda çox təsirli ekran işi alındı. Bir sözlə, evdə qalıb evdə yaratmağa, günlərimi səmərəli şəkildə dəyərləndirməyə çalışırdım, fəaliyyətsiz qalmamışam”.

Aktyor əlavə edib ki, hazırda “Mozalan” studiyasının istehsalı ilə yeni filmin çəkilişlərində rol alır. Komediya janrında olan “Olimpiya” adlanacaq tammetrajlı bədii filmin hazırlıq və məşq proseslərinə start verilib:
“Hazırda Zaqataladayam, artıq bir neçə gündür ki, “Olimpiya” adlı filmin çəkilişlərinə başlamışıq. Film Əli-Səttar Quliyevin rejissorluğu ilə lentə alınır, quruluşçu operator Nadir Mehdiyevdir. Ekran işində Xalq artistləri Qurban İsmayılov, Hacı İsmayılov, Vidadi Həsənov, Şamil Süleymanov, həmçinin Rasim Cəfərov, Günel Məmmədova, Azər Aydəmir və başqaları rol alır. Filmin nə zaman hazır olacağı hələ bəlli deyil. Çəkilişlərimiz çox yaxşı gedir, inanıram ki, izləyicilərimiz üçün maraqlı olacaq. Film kənd məktəbinin müəllimləri olan 3 dostun başına gələn əhvalatdan bəhs edir”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
