Magazin1
Azərinin “Çırpınırdı Qara dəniz” mahnısı Türkiyədə REKORD QIRDI
Prezident Ərdoğanın cümə günü Türkiyənin Qara dənizdə 320 milyard kubmetr təbii qaz tapması barədə açıqlamasının ardından sosial mediada ən çox paylaşılan mahnılardan biri azərbaycanlı müğənni Azərinin “Çırpınırdı Qara dəniz”i olub.
Publika.az xəbər verir ki, Azərin qazın kəşf edilməsinin dünyada yeni bir dövrə yol açdığını söyləyib.
“Azərbaycanlı olsam da, mənim iki ana vətənim var. Odur ki, Türkiyənin hər uğuru mənim də uğurumdur. Türkiyə Respublikası və bu böyük millətlə çox qürur duyuram. Düşünürəm ki, nəinki Türkiyə tarixində, dünyada da yeni bir dövr açıldı. Türkiyə həm insanlıq adına, həm dünya adından yeni bir dövrün başlanğıcını qoydu.
2000-ci illərdə şair Zəlimxan Yaqubun “Dünya türkün olacaq” şeirini oxuyanda bəziləri gülüb keçirdi. O zaman təkcə mən deyil, ağıllı insanlar, elm adamları və bu böyük ölkəyə güvənən insanlar da dedi ki, 21-ci əsr Türkiyənin əsri olacaq. Bu, başlanğıclarımızdır, Türkiyə 21-ci əsrdə yenidən bir dastan yazdı. Əlbəttə ki, çox xoşbəxtəm. Allah pis gözdən qorusun bizi. Türkiyədə nə olursa-olsun, Azərbaycan xalqı hər zaman Türkiyənin yanında olacaq.
“Çırpınırdı Qara dəniz” mahnısını ifa etmək qürurdur. Bu mahnını ifa edəndə həmişə Əhməd Cavadın baxışları ilə Qara dənizə baxırdım. Həm şairimiz Əhməd Cavad, həm də bəstəkarımız Üzeyir bəy Qafqaz İslam Ordusundan ilham alaraq bu əsəri yaradıblar. Mən “Çırpınırdı Qara dəniz” mahnısına 1914-cü ildə Əhməd Cavadın gözləri ilə baxdım. Əlbəttə ki, bu mənim üçün çox qürurverici haldır. Hər iki dahi insanın ruhu mübarək olsun.
Bu gün Türkiyənin Qara dənizdə yazdığı dastan bir daha göstərdi ki, Qara dəniz türk xalqının həyatında yeni bir səhifə açdı. Türkiyə prezidenti xalqla birlikdə böyük dastanlar yazacaq. Bu Qara dənizdə bir başlanğıc oldu, inşallah Aralıq dənizindən də yaxşı bir xəbər alacağıq”, - müğənni qeyd edib.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
