Magazin1
Aygün Kazımova “Bu qadın”ı təqdim etdi - VİDEO
Xalq artisti Aygün Kazımova ənənəsinə sadiq qalaraq bu dəfə də doğum günündə pərəstişkarlarını sevindirib.
Publika.az xəbər verir ki, müğənni “Bu qadın” adlı yeni klipini təqdim edib. Ekran işini Türkiyənin məşhur rejissoru Selim Akar lentə alıb. 18 saatdan artıq davam edən çəkilişdə 30-dan çox insan çalışıb. İstanbulda ağır hava şəraitinə baxmayaraq, Aygün Kazımova klip çəkilişini dayandırmayıb. O, 8 saat qarın altında qalaraq çəkilişləri davam etdirib.
Divanın imici üzərində dünyaca məşhur modelyer Rüfət İsmayıl çalışıb. Klip əsgər sevgilisinə qovuşmayan xanımın həyat hekayəsindən bəhs edir. A.Kazımova yeni ekran işindən danışarkən “Doğum günümdə təqdim etdiyim yeni layihəmi gözü yolda qalan, sevdiklərini, əzizlərini itirən, sevgilisinə qovuşmayan qadınlarımıza həsr edirəm. “Bu qadın” tək deyil: mən, sən, o, biz - hamımız həmin qadınların dərd ortağıyıq. Doğum günümdə də bütün duyğularımı onlarla bərabər yaşayıram” deyib.
Qeyd edək ki, “Bu qadın” mahnısının sözləri və musiqisi MC Murada məxsusdur.
-
Sosial18:20Metro və avtobuslarda ödənişlə bağlı yenilik
-
Dünya17:27İngilislər bu məkanları görmək üçün Türkiyəyə axın edirlər – Fotolar
-
Sosial17:23Vətəndaşa dəstək: Prezidentdən təbii fəlakətin fəsadlarına qarşı mühüm addım
-
Rəsmi xronika16:55İlham Əliyev üç fərman imzaladı
-
İqtisadi gündəm16:50BƏƏ OPEC-dən niyə çıxdığını açıqladı - Böyük neft müharibəsi başlayır?
-
Dünya16:10Gözəllik kraliçasını qayınanası belə öldürüb: Polis qətlin videosunu tapdı
-
Sosial15:20Azərbaycan-İran sərhədində yeni keçid məntəqəsi istifadəyə veriləcək
-
Dünya14:18Kralın yanında biabırçı hərəkət: Görün Tramp əlini Melaniyanın harasına qoydu - FOTO/VİDEO





































