Magazin1
"Başqa qadınla münasibəti var idi, onu evdən qovdum" - Əməkdar artistin keçmiş xanımı
"Mən ailədə özümə görə bir çox şeyə göz yumaram. Amma ortada uşaqlar var idi. Əgər bunu mənimlə üz-üzə danışsaydı, başqa birinə aşiq olduğunu desəydi, bəlkə də onu daha anlayışla qarşılayardım".
Publika.az xəbər verir ki, bunu Əməkdar artist Rəhman Rəhmanovun keçmiş həyat yoldaşı Ulduz Əhmədova aktyorla olan ailə münasibətlərindən danışarkən deyib.
O, aparıcı Ülvira Qarayevanın suallarını cavablandırarkən Rəhman Rəhmanovu heç vaxt qısqanmadığını bildirib:
"Çünki kiminlə ailə qurduğumu bilirdim, söz-söhbətə əhəmiyyət vermirdim. Günlərin birində Rəhman evdən birdəfəlik getdi. O vaxt 35 yaşım vardı, gənc gəlin idim. Daha sonra məni maşın vurdu, yatağa düşdüm. Evə çörək gətirən belə yox idi. Halbuki o, heç vaxt mənə bazara getməyə belə imkan vermirdi, hər işi özü görürdü".
Onun sözlərinə görə, həmin çətin günlərdə aktyor ailəni tərk edib:
"Evdə 4 uşaq vardı, onların qayğısına qalan yox idi. Rəhman evə gəlmirdi. Sonradan evə qayıtdığı gün onu qovdum. Ondan əvvəl isə mənə çatdırılan söz-söhbətlər oldu ki, onun başqa bir qadınla münasibəti var. Sonradan bildim ki, bu onun ikinci həyat yoldaşıdır. Həmin gün evdən çıxdı və bir daha geri qayıtmadı".
Qeyd edək ki, Rəhman Rəhmanov iki dəfə ailə qurub. Onun birinci evliliyindən 4 övladı, ikinci evliliyindən isə övladı olmayıb. (Qaynarinfo)
-
Nəqliyyat20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək









.jpg)
.jpg)

.jpg)

























.jpg)
.jpg)