Magazin1
Prezidentin "Xalq artisti" fəxri adı verdiyi Fuad Osmanov kimdir? - DOSYE/FOTO
Prezident İlham Əliyevin bu gün imzaladığı sərənxamla Fuad Tacəddin oğlu Osmanov "Xalq artisti" fəxri adına layiq görülüb.
Publika.az xəbər verir ki, aktyor Fuad Osmanov 6 mart 1964-ci ildə anadan olub. 1990-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil alıb. 1990-ci ildən S.Vurğun ad. Rus Dram teatrın aktyorudur. Bu illər ərzində teatr səhnəsində 40-dan çox rol oynayıb. Onun yaratdığı Fedya (E.Radzinski "Priyatnaya jenşina"), Xan (M.F.Axundov "Lənkəran xanlığın vəziri"), Sokrat (M.Şaxanov "Çinqizxanın sirri"), Kromvel (Q.Qorin "Kral oyunları"), Xəlil (Elçin "Poçt şöbəsindəki möcüzələr"), Ser Tobi Belç (U.Şekspir "12-ci gecə"), Vasili (A.Qalin "Konkurs"), Dallas (M.Freyn "Teatr"), Filipp Debni (X.Berqer "Daha bir Djekson"), Edqar (U.Şekspir "Kral Lir") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. 2008-ci ildə Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülüb. 11 filmdə çəkilib.


-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
