Magazin1
Murad Arif: “Həyatı saxlamayın!”
Belarus, İsveç kimi sərt qapanmalara getməyən dövlətlərdə nəticənin digər ölkələrdəki kimi olmasına Ümumdünya Səhiyyə Təşkilatı nə izahat verir? Planet ÜST-nin çaldığı ilə nə qədər oynayacaq? Qapanmalar nə vaxta qədər çarədir? Ümumiyyətlə, işləməyən sektorlar nə vaxta qədər donmuş qalmalıdır? Pozulmuş psixologiya, borclar, kreditlər, cinayətlərə çarə fikirləşən olacaq?
Publika.az xəbər verir ki, bu barədə aparıcı-müğənni Murad Arif sosial şəbəkədə yazıb. Bütün dünyada tətbiq olunan karantin tədbirlərinin sərtləşdirilməsindən yorulduğunu dilə gətirən sənətçi etirazını belə davam edib:
“Metronu bağlayıb məhdud avtobuslarda 10 qat sıxlıq yaratmaq çarə idi?
Restoranları açıb, onsuz da havalandırmanın bərbad olduğu, qucaqlaşmasan da, yoluxacağın o məkanlarda ad günü, nişan olmaz demək çarə idi?
İdman zallarının bağlanması çarədir?
“Türkiyədə “Mall”ar olar, Rusiyada məclislər olar, bizdə olmaz” çarədir?
Məncə, tədbirlər adekvat deyil. Açın dünyanı. Artıq hər ailə yoluxdu, hər kəs elementar qaydalarla tanışdır, ilk simptomları bilirik, ilk tədbirləri - dərman qiymətlərini, testləri əlçatan edin.
Məkanlarda spirtlər qoyun, maskalar tələb edin... Amma həyatı saxlamayın. Qapanma çarə deyil!”
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi






.jpg)




.jpg)





















.jpg)

.jpg)
