Magazin1
Şou əhli karantindən sonra toylara neçəyə gedəcək? – QİYMƏTLƏR
ATV kanalında yayımlanan "Birə-bir" verilişi müğənnilərə zəng edərək onlardan karantindən sonrakı toy qiymətlərini soruşub. Onlar el şənliklərinə icazə veriləcəyi halda qonorara endirim edəcəklərini deyiblər.
Publika.az Axşam.az-a istinadən xəbər verir ki, sənət adamları məclislərin tam və yarım saatlıq toy qiymətlərini açıqlayıblar.
Əməkdar artist Elnarə Abdullayeva yarım saat üçün 3000-3500 manata getdiyini söyləyib.
Müğənni Bahar Lətifqızı bütün toyu əvvəl üç min manata apardığını, indi 2500 manata razılaşacağını deyib. O, endirim istəyəndə isə belə cavab verib:
"Karantində biz də çörək yeməmişik. Endirim edirik, əvvəl 3000 manat idi, indi 2500 manat. Əvvəl yarım saatı 1500 manat idi, indi endirim edirik".
Müğənni Əlikram Bayramov isə ansamblla 2500, tək isə 1500 manata toy apardığını söyləyib.
Müğənni Rəvan Qarayev isə "Toylar başlasın, endirimə problem yoxdur. Yarıya qədər endirim edərəm" sözlərini söyləyib.
Müğənni Səyyad Əlizadə isə bildirib ki, ansamblla birlikdə 5-6 min manatdır:
"Tək isə yarımsaatlıq 1500 manatdır. Toylar dəqiqləşsin, endirim olacaq. Ansamblla 5 min manata gələ bilərəm. Dəqiq olsa, yarım saatı da 1200-1300 manat edərik".
Müğənni Afət Fərmanqızı isə bütün toyu 5 min manata apardığını vurğulayıb. O bildirib ki, hazırda 40-a yaxın toyun behini alıb. İfaçı pandemiyaya görə endirim də edəcəyini qeyd edib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
