Magazin1
Rüfət İsmayıl Samirə üçün səhnə kostyumu hazırladı
Azərbaycan təmsilçisi Samirə Əfəndinin "Avroviziya-2021" səhnəsində çıxışı üçün nəzərdə tutulmuş geyimin dizayneri dünya şöhrətli modelyer Rüfət İsmayıldır.
Publika.az xəbər verir ki, bu barədə "12xal.com" saytında məlumat verilib. Dizayner açıqlamasında bildirib ki, Əfəndi üçün geyim hazırlayarkən əsas məqsədi güclü, özünə inamlı qadının ruhunu çatdırmaq olub:
"Başqa vacib məqam isə milli elementlərin mövcudluğu idi, hansı ki, bütün bunların bir obrazda birləşməsi elə də asan deyildi. Səhnədə sənətçini heç də ondan geri qalmayan gözəl obrazlarda olan rəqqaslar tamamlayacaq və biz əminik ki, səhnə kostyumları vasitəsilə istədiyimiz ideyanı tamaşaçılara çatdıra biləcəyik. Ən əsası isə Əfəndinin geyinəcəyi kostyumda özünü qəlbləri fəth edən biri kimi hiss etməsidir, axı sənətçinin geyimi öz üzərində necə təqdim etməsi çox önəmli məqamdır".

S.Əfəndinin kostyumu qiymətli və yarı qiymətli daşlarla bəzədiləcək, onda müasir tərzdə milli elementlərin birləşməsi olacaq.
Qeyd edək ki, "Open up!" olan müsabiqənin yarımfinal mərhələləri may ayının 18-i və 20-də, final mərhələsi sə may ayının 22-də Rotterdam (Niderland) şəhərində keçiriləcək. Azərbaycan təmsilçisi birinci yarımfinalda çıxış edəcək.
Məlumat üçün onu da bildirək ki, "Affair" brendinin təsisçisi Rüfət İsmayılın kolleksiyaları "Dəb Həftəsi"ndə Nyu-York, Milan, Florensiya, Tehran və digər şəhərlərdə təqdim olunub.
R.İsmayılın kolleksiyası həmçinin məşhur kişi moda sərgisi "Pitti Uomo"da nümayiş etdirilib. Dizaynerin geyimləri bir çox Hollivud ulduzlarının seçimi olub, onların arasında Cey Lo, Beyons, Aşanti, Dua Lipa və bir çox başqa dünya şöhrətli ulduzlar yer alır.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
