Magazin1
İllər sonra Səməd Səmədovu bağışladı
Müğənni Sevda Əliqızı illərdir küsülü olduğu keçmiş duet ortağı, Xalq artisti Səməd Səmədovu bağışlayıb.
Publika.az Axşam.az-a istinadla xəbər verir ki, ifaçı bu haqda "Birə-bir" verilişində qonaq olarkən danışıb. Bir müddət əvvəl S.Səmədovla heç vaxt bir araya gəlməyəcəyini, onu bağışlamayacağını deyən S.Əliqızı fikrini dəyişdiyini söyləyib:
"Duet oxumaq fikrim yox idi. Pandemiyada nə qədər adam itirdik. Ona görə də kin saxlamaq istəmirəm. Küsülülük saxlamaq olmaz. Pandemiya dərs oldu. Gərək dost olaq, yaxın olaq. Əgər oxumuşuqsa, lazım gəlsə, yenə oxuyacam. Əmr yox, xahiş etsə oxuyacam".
Müğənni sənət adamlarının sənətdən küsməsindən, efirə çıxmamasından bəhs edib:
"Elə insanlar efirdə görünür ki, deyirik bunlardır dəyərli? Baxırsan, deyirsən bunlara dəyər verilir? Biz də küsürük. Deyirik, biz vaxtında böyük səhnələrdə, dövlət tədbirlərində olmuşuq. İndi sənətdən bixəbərlər efirdədir".
Qeyd edək ki, Sevda və Səməd illər əvvəl duet ortağı olub. Sonra Səmədov Sevdanın yaşlandığını söyləyərək, başqa duet ortağı axtarıb.
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin edildi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO







.jpg)




.jpg)











.jpg)
.jpg)










