Magazin1
Ramiz Əzizbəyli harada dəfn olunacaq? - AÇIQLAMA
Koronavirusdan dünyasını dəyişən Xalq artisti Ramiz Əzizbəylinin nəşi "Semaşko" xəstəxanasındadır.
Bu haqda Publika.az-a açıqlamasında Xalq artistinin qardaşı oğlu, müğənni Nurlan Əzizbəyli deyib: "Əmimin nəşi hələlik xəstəxanadadır. Harada dəfn edilməsi ilə bağlı Mədəniyyət Nazirliyindən cavab gözləyirik. Son günlərdə heç bir çarə olmadı, həkimlər əllərindən gələni etdilər. Artıq bir həftəyə yaxın idi huşu özündə deyildi. Heç kimi tanımırdı, aparatdan ayırırdılar, amma huşu özünə gəlmirdi. Yenidən aparata qoşurdular.
Son günlər orqanlarının çoxu cavab vermirdi. Koronavirusa yoluxduqdan sonra xəstəxanada infarkt keçirdi. Şəkəri 430-a qalxmışdı. 3 dəfə insult keçirib, neçə illərdir ki, xəstəliklərlə mübarizə aparırdı. Özünün də, bizim də sağalacağına çox böyük ümidimiz var idi. Amma ümidlərimiz puç oldu.
Xəstəliyinin ilk günlərində normal idi, sonra pisləşməyə başladı. Nəfəs alması çətinləşdi. Ona görə palatadan reanimasiya şöbəsinə yerləşdirdilər. Ötən gün axşam saatlarında dünyasını dəyişdi. Şəkər xəstəsi olduğu üçün risk qrupunda idi".
Nurlan Əzizbəyli Xalq artistinin koronavirusa yoluxan qızı Xədicə Əzizbəylinin səhhətinin yaxşı olduğunu qeyd edib: "O, sağalıb. Artıq evdədir".
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp









.jpg)
















.jpg)
.jpg)





