Magazin1
Manaf Ağayev: Ac qalsam da, bunu etmərəm
Toy təklifləri artıq başlayıb. Hamı istəyir ki, toy olsun. Dünyada toydan gözəl nəsə var ki?! Bu, həm də qazanc baxımından yaxşıdır. Toylar üçün darıxmamışdım, çünki yenə də ifa edirdim. Efirdə də, evdə də, restoranda da oxuyurduq. Ancaq maddi olaraq işimiz toydur.
Bu sözləri Publika.az-a açıqlamasında müğənni Manaf Ağayev deyib.
İfaçı ölkəmizdə pandemiya səbəbindən toylara qoyulan qadağa müddətində xarici ölkələrdə şənliklərə getmədiyini bildirib: “Bu müddətdə Azərbaycanda idim. Belə şeylərdə hər şeyi nəzərə alan biriyəm, ac da olsam, belə bir məqamda diqqət edirəm. Ancaq indi toyların keçirilməsinə icazə verilib, dəvət gəlir”.
Manaf Ağayev toy qiymətlərindən də danışıb və bildirib ki, pandemiyanı nəzərə alaraq qiyməti qaldırmayacaq: “Əhalinin vəziyyəti yaxşı deyil, bu halda necə qiymət qaldıra bilərəm? İnsanlar pandemiyadan çıxıb, karantin olub. Müğənnilər nə üçün toy qiymətini qaldırırlar ki? Guya vəziyyət yaxşıdır? Adam o zaman qiymət qaldırar ki, insanların maddi vəziyyəti yaxşı olsun. Toylara getdiyim qiymətə gəlincə, bu, standart deyil. Elə olur ki, biri ilə danışandan sonra başqa biri xahiş edir ki, toya bu qiymətə gəl. Ona görə də məndə standart qiymət yoxdur. Elə bir kişi zəng edər ki, onun toyuna pulsuz gedərəm”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
