Magazin1
Natavan Həbibinin keçmiş ərindən ŞOK ETİRAFLAR: Ən böyük səhvimiz... - VİDEO
Müğənni Natavan Həbibinin Dado ləqəbli reper həyat yoldaşı Səid Əliyev əsl sevgini yaşamadığını deyib.
Publika.az xəbər verir ki, reper “Absheron Group”un hazırladığı yutub kanalına qonaq olub. O, sevgi mövzusunda verilən bəndə gözlənilməz cavab verib. Bir müddət əvvəl Natavan Həbibidən boşandığını elan edən Dado bildirib ki, insanlar sevginin qədrini bilmir:
“Əsl sevgini nəinki özüm, heç ətrafımda da görmürəm. Dostluq güclə qalıb, sevgi isə çoxdan... Görürsən ki, qızla oğlanın da gözlərində o xoşbəxtlik işığı yoxdu. Onlar sevginin nə olduğunu bilmirlər. Son vaxtlarda hamı qıraqdakıların fikri ilə yaşamağa başlayıb. Qız öz rəfiqələrinə, oğlan isə dostlarına göstərmək üçün bu münasibəti qurur. Ən çox mən tək qalmadın qorxusuna görə belə addım atırlar. Özlərinə mən də tapdım deyirlər. Bəlkə də səhv danışıram, heç kimi incitmək istəmirəm.
Dostluqda da, sevgidə də hər zaman içimdə olan istiliyi ötürməyə çalışmışam. Sonda görürsən ki, hamı ədyalı öz tərəfinə çəkir. Əvvəl-axır dostunla düşmən olursan, sevdiyinə də peşman olursan. Zamanla hamının eqosu ortaya çıxır. Bizim ən böyük səhvimiz odur ki, eqoluyuq. Hamı dünyanı öz ekranından görür. Hamı elə bilir ki, bu dünya mənimdir, insanlar da qonaqlardır. Cəmiyyət üçün də çalışmalısan.
Hamı iş quranda özünü yaxşı göstərir. Amma bir az iş gedəndən, dostluq edəndən və ya əhatənə başqaları girəndən sonra görürsən ki, münasibət nəyəsə görə dəyişir”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
