Magazin1
Məşhur televiziya şousu Azərbaycan ekranlarında
20 ilə yaxın fasilədən sonra “Who wants to be a millionaire” oyunu yenidən ölkəmizə qayıtdı. Yəqin xatırlatmaq artıq olar ki, indi 1 milyon manat çoxdan 220 dollar deyil. Odur ki, biz “Milyonların şousu”nu çəkdik. Ən böyük mükafat - 100 000 manatdır. Adamın həyatını dəyişəcək məbləğdir. Bunun üçün 15 sualı düzgün cavablandırmaq lazımdır. Qaydalarda bircə dəyişikliklər var - oyunçu ikinci itirilməyən məbləği oyun əsnasında özü təyin edəcək. Bu, hər kəsin stress nöqtəsini aydın görməyə kömək edən meyar oldu.
Publika.az xəbər verir ki, bu sözləri DJ Fateh adı ilə tanınan aparıcı Məmmədəli Məmmədov sosial şəbəkədə paylaşıb.
Yeni mövsümdə “Kim milyonçu olmaq istəyir?” verilişinin aparıcısı olaraq qarşımıza çıxmağa hazırlaşan DJ Fateh layihə haqqında açıqlama yayıb: “Formatın uzun illər aktual və baxımlı qalmasının kökündə o dayanır ki, hərtərəfli düşünülmüş, prosesin bütün iştirakçıları arasında balansı son dərəcə düzgün biçilmiş və oyunçunu tanımağa imkan verən bir oyundur. Suallar, qazanılan pullar çox ikinci dərəcəlidir. İlk dəfədir ki, hansısa oyunda oyunçunun hər sualdan sonra necə dəyişdiyini belə aydın görürdüm. Kürsüyə bir adam oturur, sanki başqası dururdu. Mən subyektiv ola bilərəm, amma sizin də görmək imkanınız olacaq.
Çox heyfislənirəm ki, iştirakçı yığımı haqqında anons hər kəsin rastına çıxmamışdı (televizora az baxırsınız, ya da mənim postlarım barədə xatırlatma almağı aktiv etməmisiniz). Buna baxmayaraq, anonsun ilk efir günündə rekord sayda ərizə almışdıq - həmin anda başa düşdük ki, bu televiziyada baxacağınız ən populyar oyun olacaq. İlk efirimiz İctimai TV-də oktyabrın 3-ü, axşam 19:20-yə planlaşdırılıb. Baxıb növbəti çəkilişlərdə necə oynaya biləcəyiniz barədə məlumat alacaqsınız”.
-
Qoroskop00:00Günün ulduz falı - Balanslı münasibətiniz sizə uğur gətirəcək
-
Sosial4 Aprel 23:36Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
-
Sosial4 Aprel 23:12Doğmalarının imtina etdiyi 13 yaşlı qızla bağlı rəsmi açıqlama - YENİLƏNDİ
-
Region4 Aprel 23:00Ərdoğan-Zelenski görüşündə nələr müzakirə edilib?
-
Magazin24 Aprel 22:48Selena Qomez muncuqlu mini donu ilə göz qamaşdırdı - Foto
-
Dünya4 Aprel 21:48“Titanik” gəmisini min dronla belə canlandırdılar - FOTO
-
Magazin24 Aprel 21:24"Hallivudun ən yaxşı öpüşən kişisi odur" - FOTO
-
Səhiyyə4 Aprel 20:48TƏBİB sədrinə müşavir təyin olundu - Foto



































