Magazin1
Məşhur aktyora ittiham: “Çəkilişdə hər şey saxtadır”
Türkiyədə yaşayan aktrisa Cəmilə Tağıyeva həmkarı aktyor Cövdət Şükürovu ittiham edib.
Publika.az xəbər verir ki, aktrisa mediaya ünvanladığı müraciətdə "Xəzər" televiziyasında yayımlanan "Bir gün sizdə, bir gün bizdə" verilişinin layihə rəhbəri Cövdət Şükürovu saxtakarlıqda günahlandırıb: "Verilişdə çəkildim, çəkilişdə hər şey saxtadır. Veriliş prodakşn məhsuludur, orada mənə qarşı fırıldaqçılıq, saxtakarlıq etdilər. Aktrisa kimi 5 gün verilişdə çəkildim, 500 manatımı versinlər. Mənə 200 manat söz vermişdilər, amma 500 manatımı istəyirəm. Verilişdəki yarışda özləri kimi istəyir birinci, kimi istəyir axırıncı edirlər. Hər şeyi yalandan qururlar. İştirakçıları dəvət edib, pullarını vermirlər.
Verilişin prodüseri bacarıqsızın biridir. İştirakçı tapa bilmədi və mən söz verdim ki, 4 günlük iştirakçı tapacam. İştirakçıları təşkil etdim. Verilişdə belə bir qayda var, 50 manatlıq bazarlıq etməlisən, qalan bazarlığı isə özün etməlisən ki, stol dolu olsun. Çünki 50 manata heç nə düşmür. Verilişin layihə rəhbəri Cövdət Şükürov və prodüseri pulu cibinə qoyur, iştirakçıların yarışı lazımi qaydada təşkil olunmur. Hamısı saxta və yalandır. Həftə içi 5 gün çəkilişdir, bizim ev balaca idi, rəfiqəmin evinə getdik. O, olmasaydı, anam saat 5-dək balaca uşağımla çöldə qalacaqdı. Sonra öyrənmişəm ki, iştirakçılara gündəlik 30 manat verilir. Mən isə gündəlik 100 manatdan 500 manatımı istəyirəm. Mənə söz vermişdilər ki, iştirak elə, səni birinci edəcəyik, pulunu götürəcəksən. Mərdan adlı iştirakçı qalib oldu, o, doğrudan da yaxşı iştirakçıdır. Verilişə reytinq verdim, indi mənə ödəniş etsinlər".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
