Magazin1
İlkin Həsəni başına gələnlərdən danışdı: "Basa-basa İstanbula getmişdim ki..."
“Qara cümə” ilin ən unudulmaz və parlaq cümə günü sayılır. Məhz bu gün böyük endirimlər olur və qənaət etmək istəyənlər üçün əsl bayrama çevrilir. Bu gündən başlayaraq Qərb ölkələrində ənənəvi Yeni il endirimləri başlayır.
Bəs görəsən yerli sənətçilər bu endirimlərdən faydalanırmı?
Publika.az bu barədə keçirdiyi sorğunu təqdim edir.
Xalq artisti Brilliant Dadaşovanın sözlərinə görə, büdcəsini mümkün qədər nəzarətdə saxlamağa çalışır:
“Bu gün başqa işlərim var. Mağazaya getməyə vaxtım yoxdur. Səhnə geyimi mənim üçün uniformadır. Səhnə geyimləri, aranjimanlar, studiya xərcləri, kliplər - hamısı birlikdə vəhdət təşkil edib külli miqdarda vəsait tələb edir. Mağazaları gəzməyə vaxt tapanda və o vaxt da endirimlərə təsadüf edəndə əlbəttə ki, çox məmnun oluram”.
Müğənni Zamiq Hüseynov bildirib ki, endirim günlərini heç vaxt izləməyib:
“Yəqin ki, “Qara cümə” günündən faydalanmayacam. Əlbəttə ki, qənaətciləm. Hər şeyin yerində olmasını istəyirəm. Bədxərc deyiləm. Ayağımı yorğanıma görə uzadıram. Hər şey normasında olmalıdır. Qarderobumda bahalı, ucuz, orta qiymətə aldığım geyim də var. Bəzən olub ki, sevdiyim geyimin qiyməti mənə çox gəlib, gözləmişəm ki, nə vaxtsa endirimə düşər, onu alaram. Bu, başqa bir məsələdir. Bəzən isə pulum çatıb, özüm almaq istəməmişəm. Hətta belə vəziyyət də olub”.
Meyxanaçı Namiq Qaraçuxurlu qeyd edib ki, mağazaları dolaşmağa zamanı yoxdur, qənaətcil olsa da, vaxt onun üçün puldan daha dəyərlidir:
“Məşğul olduğuma görə “Qara cümə” endirimindən faydalana bilməyəcəm. Qənaətcilliyim var, bəzən alınır, bəzən yox, xoşuma gələn geyim və ya əşya varsa, endirim gözləmirəm”.
Aparıcı İlkin Həsəni isə qeyd edib ki, evləndikdən sonra qənaətcil olmağı öyrənib:
“Bir dəfə “Black Friday”nin güdazına gedib burdan durub basa-basa İstanbula getmişəm. Gedib görmüşəm ki, bu, marketoloqların çox gözəl düşünülmüş ümumi aksiyasıdır. Ola bilər ki, bəzi ölkələrdə bəzi mağazalarda istisna olaraq həqiqi endirimlər olunur. Amma əksəriyyətində hamı çox gözəl bilir ki, 1 həftə, 10 gün əvvəl olan qiymətlərin üzərinə hansısa qiymət gəlirlər, daha sonra onu 50 faizə bölürlər, nəticədə alıcı bu saxta endirimə aldanır. Düşünmür ki, bir ay əvvəl onun qiyməti bundan da ucuz olub. Bu baxımdan Azərbaycanda əksər yerlərdə “Black Friday”nin yalnız adı və marketinq siyasəti var. Həqiqi endirimlər təklif edən mağazalar və şirkətlər çox azdır. Qənaətcil olmağı isə evləndikdən sonra öyrənmişəm”.
Aparıcı Afaq Gəncəli isə pula qənaət etməkdə çətinlik çəkdiyini etiraf edib:
“Düzü o qədər işləyirəm ki, harasa getməyə həvəsim də yoxdur. İstərdim, əlbəttə, əfsuslar olsun ki, mağazaları gəzib alış-veriş etməyə bu gün zamanım yoxdur. Qazancımın böyük hissəsi geyimlərə və kosmetik məhsullara xərclənir. Qənaətcil ola bilmirəm”.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO