Magazin1
Elcan Rəsulovdan Əməkdar artistə SƏRT CAVAB: "Siz bizim yerimizə utanın" - VİDEO
Video əlavə olunub.
xxx
Hörmətli və çox əziz Ağalar Bayramov cənabları, əslində mən sizi 2 il qabaq parodiya etmişdim və səhv etmirəmsə, siz də buna etiraz etməmişdiniz. Dəqiq xatırlamıram, məncə, oğlunuz bu barədə yazmışdı mənə. Hər halda neqativ fikir olsaydı, təkrarlamağa çalışmazdım. Digər tərəfdən, mən özüm parodiyaya o qədər də ciddi baxmıram, bu ölkə reallığını nəzərə alaraq təbii ki... Bunu dəfələrlə qonaq olduğum verilişlərdə də bildirmişəm. Hətta parodiya etmək sözünü eşidəndə getmədiyim efirlər və verilişlər var.
Publika.az xəbər verir ki, bu sözləri aktyor Elcan Rəsulov sosial şəbəkədə yazıb və Ağalar Bayramovun onun parodiyasına sərt reaksiya verməsinə münasibət bildirib.
E.Rəsulov qeyd edib ki, parodiyaya ciddi yanaşmır:
"Bir gənclik illərinin həvəsi kimi baxıram bu məsələyə. İndi gələk sizin "alınmadı" dediyiniz verilişə. Bəli, orada alınmadı. Nə parodiya, nə musiqi, nə də məndən sonra Zakir Əliyevin ifası. "Nəyə gülür özü də bilmir" dediyiniz Dilarə xanım da oradakı etirazlarımı gördü. Elə canlı efir gedə-gedə. Hər halda alınmasa belə, sizdən heç vaxt heç nə yazmayan saytların belə adınızı qələmə almasına yardımçı oldum. İndi gələk mənim sənətim və aktyorluq fəaliyyətimə.
Hələ camaatın məni tanımadığı vaxtlarda siz artıq məni yaxşı tanıyırdınız. Hələ 2003-2004-cü illərdə. Sizin də müəllimi olduğunuz "Səhnə danışığı" kafedrasından mənə siz hələ təzə "Əməkdar artist" adı alanda artıq çoxdan "Xalq artisti" adını almış Laləzar Mustafayeva dərs deyirdi. Hətta 2, ya 3-cü dərsdən sonra mənə demişdi ki, sənə səhnə danışığını öyrətməyə ehtiyac yoxdur. Sən artıq bunu mükəmməl bilirsən. Hələ digər sənət və səhnə müəllimlərindən danışmıram ki, təvazökarlıqdan uzaq çıxar.
İndi də keçid edək mənim aktyorluğuma, oynadığım obrazlara. Sizdən yaşda 2 dəfə balaca olsam da, hər halda artıq iki obrazım tamaşaçıların yadında uğurlu obraz kimi qalıb. Hətta bəzən məni obrazlarımın adı ilə çağırırlar. Baxmayaraq ki, o tamaşaçılar sizin bir obrazınızı belə tanımırlar, nəinki adını bilələr. Teatrında da işləmişəm, Xalq teatrında da çalışmışam. Laureat da olmuşam, mükafatlar da almışam. Sizdən tək fərqim odur ki, hələ Əməkdar artist deyiləm. O da çox keçməz sevindirərəm sizi. Amma bütün bunların fonunda mən sizdən üzr istəyirəm, bağışlayın, bir daha təkrar etmərəm. Çünki siz məndən çox böyüksünüz. Hətta mənim 14 il qabaq dünyasını dəyişmiş atamdan da böyüksünüz. Mənim nə həddimədir ki, böyüklərin sözündən çıxım. Söz verirəm, bir daha belə şey görməyəcəksiniz. Amma vallah o verilişdə Dilarə xanım başqa şeyə gülürdü. Hətta mən meyxana deyəndə Gülüstan xanım da başqa şeyə gülürdü. Zauru da tənbeh edəcəm. Məni yeni premyerası olmuş "5 BETƏR" filmindən danışmaq adıyla çağırıb orada məndən parodiya istədiyi üçün. Yeri gəlmişkən, bu filmdə də baş rolda oynamışam, Ağalar müəllim. Vallah yayın istisində çox böyük əziyyətlə işləmişik. Eybi yox, mən sizin yerinizə işləyim, siz bizim yerimizə utanın Ağalar müəllim".
Məlumat üçün bildirək ki, Ağalar Bayramov aktyorun onu parodiya etməsini düşüklüyün pik həddi adlandırmışdı. "Eləyə bilmirsən, etmə. Ağalar Bayramovu parodiya etmək hər oğulun işi deyil! Ağaları parodiya etmək üçün onun iç dünyasına varmaq gərəkdir! Buna isə dərin zəka, kamal gərəkdir... O da ki...", - deyə Əməkdar artist tənqid etmişdi.
Ağalar Bayramov verilişdə qonaq olan Dilarə Əliyevanın parodiyaya gülməsinə təəccübləndiyini deyib: "Məni təəccübləndirən Dilarənin mənasız gülməyidir. Guya xoşuna gəlib, guya "əla" edir... Rəhmətlik Şahmar Əkbərzadə demişkən: "Utanım yerinizə..."
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar