Magazin1
Azərbaycan filmləri “Netflix”də nümayiş olunmağa layiqdir? - Xalq artisti
Pandemiyadan sonra yalnız kinoda deyil, cəmiyyətdə də bir oyanış və fikir dəyişkənliyi olmalıdır. Əslində, pandemiya və xəstəliklə bağlı qapanmalar təfəkkürləri dəyişdi. Düşünürəm ki, insanların bir-birinə qarşı münasibəti dəyişdi, nəinki bir-birinə qarşı, sanki insanlar özlərinin cəmiyyətdə var olmalarını, maddi durumlarını və mənəvi vəziyyətlərini düşünüb çək-çevir etməyə başladılar. Bundan sonra pandemiyanın və vaksinasiya prosesinin nə qədər çəkəcəyini bilmirəm, amma görünən odur ki, dəyişiklik təfəkkürlərdə də baş verir. Çox güman ki, dəyişən təfəkkürlər yaradıcılığa da sirayət edəcək.
Bu sözləri Publika.az-a açıqlamasında Xalq artisti Mehriban Zəki deyib. Pandemiyanın müasir dünyaya gətirdiyi yeniliklərdən danışan sənətçi hesab edir ki, ölkəmizdə də yaradıcı sahələrin inkişaf dinamikası artan istiqamətdə gedəcək:
“Kino sənaye sahəsidir, istehsal edən bir iş prosesidir. Ümumiyyətlə, yaradıcılıqda da, teatrda da, ədəbiyyatda da, musiqidə də - hər sahədə bir dəyişiklik olmalıdır. Bu dəyişikliklərin hansı istiqamətdə gedəcəyini yaşayıb görəcəyik”.
Xalq artisti daha sonra Mədəniyyət naziri Anar Kərimovun “ “Netflix” platforması ilə əməkdaşlığa başlamışıq. İnanırıq ki, bu əməkdaşlıq dünyaya Azərbaycanın potensialını nümayiş etdirmək üçün bir vasitə olacaq” sözlərinə münasibət bildirib. O qeyd edib ki, “Netflix”ə təqdim olunacaq filmlər peşəkarlıq və keyfiyyət baxımdan üstün olmalıdır:
“Niyə də olmasın, gözəl təşəbbüsdür. “Netflix”də və ya başqa bir dünya arenasına çıxacaq platformalarda filmlərimiz göstəriləcəksə, ona uyğun da filmlər çəkilməlidir. İstehsalatımız da o səviyyəyə çıxmalıdır”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
