Magazin1
Məşhur aparıcıdan Operativ Qərargaha SƏRT SÖZLƏR: Öz yaxınları rəhmətə gedəndə...
Ay Operativ Qərargah, axı yaslara niyə icazə verilmir? Nəyə görə 150 nəfərlik toy etmək olar, 50 nəfərlik yas vermək olmaz? Varmı məntiq? İnsanlar balaca mənzillərə doluşurlar ağız-ağıza, virus kef edir belə şəraitdə. Deyirlər ki, yas elədir ki, say saxlamaq çətindir. Nəyi çətindir?
Publika.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı, səyyah Azər Qərib sosial mediada yazıb.
Yas mərasimlərinin keçirilməsinə hələ də icazə verilməməsindən gileylənən aparıcı bildirib ki, həm 40, həm il mərasimlərinə dəvət edirlər, məhdudiyət qoyun, insan işini bilsin.

“Onsuzda indi böyük yas verənlər sadə insanlar deyil, vəzifə sahibləri, zənginlər istədikləri qədər adam çağırırlar, güldən ağır söz deyən də olmur. Kimi bağında edir, kimi bahalı çadırlarda. Nəticədə, yenə də sosial bərabərlik iflasa uğrayır, mənə olar, sənə olmaz. Hər şeyi pandemiyanın boynuna yıxmaq olmaz, sadəcə işləyib normal qaydalar tədbiq etmək lazımdır, ən asanı qadağa qoymaqdır. Qadağa qoyanların yaxınları rəhmətə gedəndə özlərinə məhdudiyət qoymurlar, niyə? Əgər olmazsa, heç kim etməsin, olarsa, hamı edə bilsin, belə olmalıdır. Heç bir məmur yaxınının xatirəsi bizim yaxınlarımızın xatirəsindən əziz deyil, ayrıseçkilik salmayın”.
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?















.jpg)



















