Magazin1
KVN komandamız niyə "Şuşa" adını dəyişdi?
Rusiyanın Soçi şəhərində keçirilən "KVN-2022" festivalında Bakının "Şuşa" KVN klubunun adı müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, komandamız ikinci tura yüksəldikdən sonra festivalın rəsmi saytında adının dəyişdiyi məlum olub.
Belə ki, "Şuşa" adı "Buta" ilə əvəzlənib. Məşhur idman şərhçisi Sənan Şəfizadə feysbukda bununla bağlı fikirlərini bölüşüb.
"Soçidə KVN yarışmasında iştirak edən "Şuşa" adlı komandamızı adını dəyişdirməyə məcbur ediblər. Adını dəyişərək olub "Buta". Birincisi, bu adı qoruya bilməyəcəksinizsə, istifadə etməyin. İkincisi, düşünmək lazımdır - uzağı yarışdan çıxarılacaqdınız. Buna görə "Şuşa"nı "Buta"ya dəyişməyə dəyərdi? İndi lap çempion olsanız belə, bu qələbə heç kimə lazım deyil. Mənə görə "Bakılı oğlanlar"dan sonra KVN mənasızdır. Adamlar bu işdə! yazıb", - S.Şəfizadə qeyd edib.
Müğənni və aparıcı Murad Arif isə "Şuşa" adını dəyişdirmək tələbini irəli sürənlərin müəyyən məsuliyyətə cəlb edilməsini təklif edib və bildirib ki, komandamızı o turnirdən geri çağırmalıyıq.
Qeyd edək ki, komandanın rəhbəri məşhur ssenarist və prodüser Müşfiq Abbasovdur.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi








.jpg)



.jpg)





.jpg)

















.jpg)

.jpg)