Magazin1
Müşfiq Abbasov OD PÜSKÜRDÜ: Hansısa qeyrətsiz, namussuz insanlar...
Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında Azərbaycanı təmsil edən "Şuşa" komandasının adının "Buta" adı ilə dəyişdirilməsinə komandanın rəhbəri Müşfiq Abbasov münasibət bildirib.
Publika.az">Publika.az
Teleqraf.com-un Müşfiq Abbasovla müsahibəni təqdim edir:
- Müşfiq müəllim, neçə gündür "Şuşa"nın adının "Buta"ya çevrilməsi qəzəb və tənqidlərlə qarşılanır. Siz videoçarx yayaraq "Şuşa" adının geri qaytarıldığını açıqladınız. Amma KVN-nin rəsmi səhifəsində "Buta" komandası kimi qeyd edilib. Sizi yalan danışmaqda ittiham edirlər. Bu haqda nə deyə bilərsiniz?
- Hansısa qeyrətsiz, namussuz insanlar bunu yayırlar. Komandanın adı dəyişməyib, "Şuşa" qalıb. Komandanın adı əvvəldən "Şuşa"dır. Qeydiyyatda da komandanın adı "Şuşa" gedir. Kim istəyirsə, Sank-Peterburqda martda baş tutacaq oyunumuza gəlsin, bizə azarkeşlik eləsinlər. Gəlib görsünlər ki, bizim komandamızı "Şuşa", yoxsa "Buta" kimi təqdim edirlər...
Bundan sonra öz fikirlərini yenidən yazarlar. Şübhəsi olan və "Müşfiq Abbasov yalan danışır" deyənlər bunları görərlər. İnşallah, hər şey yaxşı olacaq.
- Şuşa bizim üçün ən həssas ünvan olduğuna görə reaskiyalara da təbii yanaşmaq olar...
- Yazanların bir neçəsini tanıyıram, onların nəinki qeyrəti, heç namusu da yoxdur. Onların çoxunun Şuşadan danışmaqlarına haqları yoxdur. Bizimlə bağlı yox, ümumiyyətlə, Qarabağdan, Şuşadan yazmağa.... Bunlara fürsət düşüb ki, klaviatura arxasında özlərini vətənpərvər kimi göstərsinlər. Ağızlarına gələnləri yazırlar. Söhbət sosial şəbəkələrlə yanaşı saytlardan da gedir.
Bilmirlər ki, biz burada hansı əziyyətləri çəkdik. "Şuşa" adını Rusiya telekanalına, Rusiyanın "Birinci kanalı" vasitəsilə ilə dünyaya çıxması üçün neçə gün ərzində hansı zülmü çəkdik. Bunu heç kim bilmir. "Şuşa" adının dəyişməsi binamuslara xoş olardı.
Sadəcə demək istəyirəm ki, zərrə qədər ədalətlidirlərsə, hər şeyi gördükdən, yəni heç nəyin dəyişmədiyini gördükdən sonra fikir bildirsinlər. "Şuşa" adı dəyişməyib, formal olaraq nəyə görə belədir, bu taktiki gediş idi. Bu, bizə lazım idi. Etməsəydik mümkün deyildi, "Şuşa" adı olmayacaqdı.
Rusiyada, MDB ölkələrində bu adı saxlamaq üçün bir çox şeyləri qurban verdik. Bunu da etdik. Allaha min şükür ki, öz missiyamızı yerinə yetirdik. Bunu görəndən sonra necə tənqid-təhqiri fikir yazmışdılarsa, "Şuşa komandası bizi bağışlayın", "Siz öz zəhmətiniz hesabına dövlət, millət üçün bunu etdiniz" kimi üzrxahlıq dolu fikirlər gözləyirik.
-
Dünya12:05İranla müharibə uzunmüddətli və dağıdıcı olacaq – Xəbərdarlıq edildi
-
ABŞ11:56"İranda mühüm hərbi əməliyyatlara başladıq" - Tramp
-
Yaxın Şərq10:30Yaxın Şərqdə vəziyyət gərginləşir - İsrail ordusu Livanın cənubunu vurdu
-
MDB10:10Məşhur qadın snayperçi müəmmalı qəzada öldü - FOTO
-
Hadisə09:41Şamaxıda növbəti dəfə zəlzələ oldu - Yeniləndi
-
İdman09:11Ronaldonun ortağıdır, amma Messini seçdi
-
Sosial07:15Ev tikmək istəyənlərin nəzərinə: Bu qaydaları bilməyənlər...
-
Nida Xəbər 06:46Müğənnilərə qadağa qoyuldu, Tolik anons etdi: “Yeni siyahı gələcək”






.png)
.jpg)
.jpg)














.jpg)









.jpg)




