Magazin1
Ərdoğandan Sezen Aksuya cavab - VİDEO
Sözlərim Sezen Aksuya aid deyildi. Aksu türk sənət musiqisinin mühüm sənətçilərindən biridir. Mahnıları ilə insanların duyğularını ifadə edir. Bu, başqa bir məsələdir, kənara qoyaq. Digər tərəfdən, ölkənin Prezidenti olaraq kim olursa-olsun, dini dəyərlərə toxunulmasına icazə vermirəm.
Publika.az">Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV kanalına müsahibəsində deyib.
Ərdoğan bildirib ki, xalqın müqəddəslərinə həssas yanaşır:
“Həzrəti Adəmə uzanan dilləri qoparmaq bizim borcumuzdur. “Dilini qoparmaq” ifadəsini 1 nəfərə yox, müqəddəslərə söz söyləyən hamıya demişəm. Bu, bir mövqe, hörmət, qəbul, birlikdə yaşamaq təcrübəsi kimi qəbul edilməlidir. Bir-birimizə, inanclarımıza, dəyərlərimizə nə vaxt hörmət edəcəyik? Bu hörməti ortaya qoymağa məcburuq”.
Qeyd edək ki, Türkiyə Prezidenti Sezen Aksunun “Şahane bir şey yaşamak” mahnısında “Selam söyleyin o cahil Havva ile Ademe” misralarından sonra açıqlama vermişdi. Ərdoğan qeyd etmişdi ki, Həzrəti Adəmə və Həvvaya dil uzadanlara həddini bildirmək lazımdır.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
