Magazin1
Sənətkar ola bilmədiniz - Brilliant Dadaşova
Xalq artisti Brilliant Dadaşova yenidən satirik şeiri ilə gündəm yaradıb.
Publika.az xəbər verir ki, adını çəkmədiyi həmkarlarının ünvanına tənqidlər yazan sənətçi şeirini instaqramda paylaşıb.
B.Dadaşova adını çəkmədiyi müğənnilərə “Fitnə-fəsad ustası oldunuz, lakin sənətkar ola bilmədiniz” deyib:
Bu gün bir xəbər dəydi qulağıma,
Tülkü həccə gedir nağılı yadıma düşdü
Nağılın şəkilləri xoşuma gəlirdi
Tülküyə aldanan gözəl rəngbərəng toyuq-cücə görüntüsündən əhvalım yüksəlirdi
Sən demə, nağıllar qiraət ilə bizə yol göstərən vəsiyyət imiş
Babalardan qalan, yolumuza işıq salan öyüd imiş, dəyərli nəsihət imiş
Dərk etmirdim ki, yazıq toyu-cücə, xoruz-beçə
Hiyləgər tülkü əlindən əziyyət çəkirmiş necə gör
Olduğum sənətdə üzə duran
Böyük məharətlə oyunlar quran
Sonra simasızca üzrxahlıq edən
Göstəriş üçün az qala Həccə gedən
Tülkü sayı neçə-neçə...
Qurduğu nağıllar əngəlləri keçə-keçə
Cavabların musiqimlə söylədim
Nələrə qadir olduqlarından danışmayacağıma söz verdim
Fitnə-fəsad ustası oldunuz
Lakin sənətkar ola bilmədiniz... dedim...
Bu gün üz tutaraq yenə göylərə
Arzu niyyətimlə dua eylədim.
Allahım, qoru gənclərimizi hiyləgərlərdən
Uzaq tut onları pis əməllərdən
Əsl istedadlar əngəl görməsin
Böyük səhnələrdən uzaq düşməsin!
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu






.jpg)





























.jpg)


