Magazin1
Fransız gözəllərinin sağlam saçlarının sirri
Dərilərini kosmetik məhsulların təsirinə məruz qoymağı sevməyən fransızlar saçlarda da eyni prinsip üzrə hərəkət edir. Belə görünür ki, fransız qızları təbii gözəlliyi heç nəyə dəyişmək fikrində deyil.
Publika.az">Publika.az oxucuları fransız qızlarının sağlam saçlarının 5 sirri ilə tanış edibr:
Demək olar ki, saç boyasından istifadə etmirlər
Fransız qadınlar nadir hallarda saçlarını rəngləyirlər. Rənglə təcrübələr onlara xas deyil. Özlərini ancaq nəzərə çarpan günəş parıltısı ilə rövqləndirməyə üstünlük verirlər. Karoline De Meqre əmindir ki, ana təbiətə hörmət etmək lazımdır və sizə ən çox uyğun gələn ton öz təbii rənginizdir.
Saç qurutma fenindən istifadə etmirlər
Birincisi, saçları çox qurudur. İkincisi, təbii şəkildə quruyan saçlar daha həcmli qalacaq. Odur ki, ağlınızda olsun. Diqqətsiz şəkildə burulmuş saçlar Paris gözəllərinin vizit kartıdır. Bu, saç fenindən istifadənin nəticəsi deyil. Saçları hörmək və ya nəm saçları toppuz halında yığmaq kifayətdir - və bir neçə saatdan sonra şahanə saçlar hazırdır.
Evdən yaş saçla çıxmırlar
Fransız gözəlləri saçlarını bir qayda olaraq axşamlar yumağa üstünlük verirlər. Karlin De Meqre bu barədə kitabında qeyd edib: saçları nəm dəsmalla bürüyüb yatmaq ən təbii “ukladkadır”.
Hər gün saç yumazlar
Əmin olun ki, saçları hər gün yumağa dəyməz. Ən pis halda toppuz və ya atquyruğu yığa bilərsiniz. Sizi istənilən vəziyyətdən xilas edən bu fasonları “ikinci gün saç düzümü” adlandırmaq olar.
Parfumun gücü
Saç parfumu yeni xəbər deyil. Fransızlar bu parfumlardan tez-tez istifadə edirlər. Ən maraqlısı odur ki, bu qoxunu sizi qucaqlayan yaxınlarınız hiss edəcək, yanınızdan keçənlərdə isə xəfif bir yaz mehi kimi xoş bir təəssürat oyadacaq.
-
Magazin209:10Məşhur müğənni niyə yoxa çıxıb?
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp






























.jpg)



.jpg)

