Magazin1
Tarkanın yeni klipi sosial şəbəkələri alt-üst etdi - VİDEO
Meqastar Tarkanın “Geççek” adlı mahnısına çəkilən klip gündəm olub.
Publika.az xəbər verir ki, siyasi və sosial mesajlarla dolu olan mahnı Tvitterdə ən çox müzakirə olunan mövzuya çevrilib.
“Gəldiyi kimi hər şeyin bir sonu var, bu sınağın da bir sonu var” sözləri xüsusilə diqqət çəkib. Yeni mahnısı yayımlanmadan əvvəl yutubda video paylaşan Tarkan “Geççek”i necə yazdığını açıqlayıb:
“Təxminən 1 il əvvəl əhvalımın heç də yaxşı olmadığı bir dövr yaşadım. Dünyada baş verən kədərli hadisələr, insanlığın həyəcanlı gedişatı, təbiətin məhv olması, pandemiya mənə çox pis təsir etdi. Hamımıza yaxşı təsir edən bir mahnı yazmaq istədim. Düşündüm ki, bəlkə bir az təsəlli verər, əhvalı düzəldər, ümid verər. Arzu edirəm ki, “Geççek” hamınızın ovqatını qaldırsın”.
Qeyd edək ki, sözügedən klip yutubda 3 saat ərzində 1 milyon 100 min baxışa çataraq trend siyahısında birinci yerə çıxıb.
Xatırladaq ki, bundan əvvəl Sezen Aksunun “Şahane bir şey yaşamak” mahnısı da qalmaqala səbəb olmuşdu. Məsələyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da səssiz qalmamışdı.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular









.jpg)

























.jpg)

.jpg)