Magazin1
Tanınmış söz yazarından aparıcılara İRAD: pullu müəlliflər...
Bir çox ifaçılar, xüsusən də aparıcılar şairin, söz müəllifinin adını niyə çəkmirlər anlamıram. Sözlərimə yazılan mahnıları oxuyub adımı çəkməyənlərə qadağa qoyacam. Fikir vermişəm, pullu, vəzifəli, kiminsə qohumu olan mənasız söz müəlliflərinin adını çəkirlər.
Publika.az xəbər verir ki, bu sözləri şairə Kamalə Abıyeva deyib.
K.Abıyeva “Söhbət müsiqidən gedir” verilişinin aparıcısına irad bildirib:
“Leyla xanıma hörmətim var. “Bakı haqqında nağıl”ı ifa etdi. İfa da gözəl. Çox maraqlıdır, sözlərdən danışırlar, ancaq bəstəkarın adını çəkirlər. Aygün xanıma, Eyyub Yaqubova təşəkkür edir. Eyyub bəyə sevgim, sayğım var. Həmişə xüsusi vurğulayır adımı. Doğma, qarşılıqlı münasibətimiz öz yerində. Sənəti öz yerində. Bəstəyə söz yox. Hətta müşayiət edənə də təşəkkür. Halallıq istəyir. Deməli, mən halallıq verməsəm, haqlı oluram. Sözlərimə yazılan bütün mahnılar mənim üçün övladım kimidir. Hamısını sevirəm. Hər çıxışımda, müsahibələrdə bəstəkarları da, ifaçıları da vurğulayıram, təşəkkür edirəm və s. Amma mənim də səbrim uzanıb gedə bilmir. Adımı çəkmirsinizsə, bir zəhmət, başqa söz oxuyun. Bakının tərənnümü görəsən, hardadır o mahnıda?”
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO
-
Hadisə09:48Elşən Usubov həbs olundu
-
Nida Xəbər 09:12Turan Əliyevə İsveçdə vəzifə verildi - FOTO
-
ABŞ09:00Bir milyon dollarlıq çeklə çəkilmiş fotosu başına bəla oldu - FOTO
-
Region08:48Pezeşkian Xameneinin məzarı önündə diz çöküb ağladı - VİDEO
-
Sağlamlıq08:36İmmuniteti gücləndirən səkkiz tərəvəz: Tərkibində nələr var?
-
ABŞ07:30Huanq xəyanətə görə işçilərindən üzr istədi





































