Magazin1
Azərbaycanda ucqar kəndə gedən Hüseyn Həsənovdan İNANILMAZ ADDIM: Dollar "paçka"sını... - VİDEO
Video əlavə olunub.
***
Rusiyanın məşhur azərbaycanlı videoblogeri Hüseyn Həsənov fanatları ilə görüşdə yaşadığı son xoşagəlməz hadisədən sonra Azərbaycanın ucqar kəndlərinə üz tutub.
Publika.az xəbər verir ki, aktrisa Aydan Hüseynli ilə yola çıxan məşhur bu dəfə xeyirxah addımı ilə yadda qalıb.
Ucqar kəndlərin birində azıb qaldığını deyən məşhurlar onları tanımayan bir ailənin qonağı olmaq istəyiblər. Onlar kənd sakinlərindən birinin qapısını döyərək yardım istəyiblər. Ev sahibi isə onları öz evlərinə buraxaraq yemək və gecə yatmağa yer verib. Bu qonaqpərvərlikdən razı qalan Həsənov səhəri gün evdən çıxarkən ailənin yaşlı üzvü olan nənəyə 100 dollar əskinaslardan ibarət “paçka” pul verib.
Nənə həmin pulları götürmək istəməsə də, Hüseynin təkidi ilə onları qəbul edərək, blogeri bağrına basıb.
Hüseyn bildirib ki, yalnız səhəri gün həmin ailəyə kimliyini açıqlayıb. O, qonaq olduğu ailəyə öz şəxsi nömrəsini verdiyini və davamlı olaraq onlarla əlaqə saxlayacağına söz verib.
Sözügedən hadisələri anbaan kameraya çəkərək sosial şəbəkə hesabından paylaşan H.Həsənovun bu addımı izləyicilər tərəfindən maraq və rəğbətlə qarşılanıb.
O, bu barədə açıqlama yayıb:
“Əgər ətrafımdakı insanları sevindirə bilmirəmsə, neyləyirəm o pulu, nəyimə lazımdır? Dünyanın ən bahalı maşınlarından biri məndədir, sizcə, xoşbəxtlik bundadır? Qarajda qalıb toz olurlar. Moskvada ən bahalı mənzillərdən birini almışam. Məgər xoşbəxtlik budur? Tez-tez səyahət edirəm, o evdə çox az oluram. Dünyanın ən bahalı saatlarının kolleksiyasını yığıram. Sİzcə, bu, xoşbəxtlikdir? Ancaq birini taxıram".
Bax budur xoşbəxtlik - ətrafınızdakı insanları sevindirmək! Sizi sevirəm, xeyirxah olun!
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...






.jpg)

.jpg)

.jpg)






















.jpg)
.jpg)

