Magazin1
Tilbe haqqında danışsalar, həbs olunacaqlar
Məşhur müğənni Yıldız Tilbe martın 12-də sosial media hesabında sahibsiz itlərlə bağlı "Həmin bölgələrin əhalisi hücum edən itlərə zəhərli ət versinlər ki, hamısı ölsün, insanları parçalamaq nədir?" deyə paylaşım etdikdən sonra bəzi heyvansevərlər və heyvan hüquqlarını qoruyan qurumlar sənətçi haqqında məhkəməyə müraciət ediblər.
Publika.az-ın məlumatına görə, Yıldız Tilbe isə aralarında məşhurların da olduğu 26 nəfər və 11 şirkətlə bağlı şikayət edib.
Tilbe gündəmi özlərinin qurduqlarını və ona "cahil qadın, heyvan düşməni, ruhi xəstə, ölsün" kimi iddialarla çıxış edən məşhur maqazin aparıcıları Seren Serengil, Bircan Bali və Arto haqqında müdafiə tələbi ilə çıxış edib.
Tələbi qiymətləndirən məhkəmə müttəhimlər Seren Serengil, Bircan Bali və Artonun 1 ay müddətinə Yıldız Tilbeyə qarşı şiddət, təhdid, təhqir, aşağılama və ya aşağılama ehtiva edən söz və davranışlarda olmamalarına və bir müddət ünsiyyət vasitələri ilə onu narahat etməmələrinə qərar verib. Məhkəmə həmçinin bu şəxslərin qərara əməl etmədiyi təqdirdə onlara 3 gündən 10 günə qədər "məcburi həbs" tətbiq edilməsinə qərar verib.
-
Digər13:1525 nəfər məktəbdəki partlayışın qurbanı oldu - 50-yə yaxın yaralı var
-
Magazin213:07Kürd əsilli məşhur müğənninin 22 il əvvəlki görüntüsü gündəm oldu - FOTO
-
Ekologiya12:44Sabahın hava proqnozu açıqlandı
-
MDB12:21Parkda yatan azərbaycanlı həbs edildi, sonra Ukraynaya əsir düşdü
-
Ekologiya11:36Qlobal su dövranı ilə bağlı həyəcan təbili: Antroposenin dərin pozulma dövrü başlayıb
-
Hadisə11:20Azərbaycanda Əfqanıstan vətəndaşları saxlanıldı
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal












.jpg)











.jpg)











