Magazin1
Zümrüd Bədəlova danışdı: "Demirəm ki, səhv etməmişəm..."
Aparıcı Zümrüd Bədəlovanın aparıcılıq etdiyi “Xəbər-ətər” verilişində Əhməd Cavadın nəvəsinə ünvanladığı sual tənqid atəşinə tutulub.
Zümrüd Bədəlova Teleqraf.com-a açıqlamasında onu savadsızlıqda qınayanlara cavab verib:
“Proqramda tamam başqa söhbətlər var idi. Başqa qonaq gözləyirdi, ara qarışdı. Qeyd etdiyim kimi biz efirdə tamam başqa məsələlərdən danışırdıq. Əhməd Cavadın arxiv materiallarından başladıq, Anar Axundzadə dedi ki, “böyüyə-böyüyə Əhməd Cavada oxşamağa başladım, amma uşaqlıqda ona heç bənzəmirdim. Əlimizdə iki-üç görüntü var, başqa heç nə yoxdur”.
Ona isə cavab verdim ki, babandırsa ən azından əlində köhnə fotoları olmalıdır. Babanı heç görməmisən?” Bu hissəni bu dərəcədə şişirtmək düzgün deyildi. Mən o qədər “tupoy” deyiləm ki, yüz il bundan əvvəl ölən adam haqda deyim ki, “onu görmüsənmi?”
Bundan başqa nə qədər səhv anlaşıla bilərsən? Sanki bu məmləkətdə hamı bir-birinə düşməndir. Efir başlamazdan əvvəl qonaqlarımızla öz aramızda danışırıq. Çox vaxt özüm də efir öncəsi müğənnilərlə danışdıqlarımı canlı yayımda qeyd edirəm. Sonra yadıma düşür ki, bunu efir başlamazdan əvvəl danışmışam.
İzləyən tamaşaçı da nə bilsin ki, mən nə zaman danışmışam. Qulağıma da dedilər ki, qonaq gözləyir, küsür, həmin an aləm bir-birinə qarışdı. O sual havada qaldı və qonaq da başa düşmədi ki, nə deyirəm. Yəni səhv mənim idi.
Mən demirəm ki, səhv etməmişəm, sualı səhv qoydum. Gərək fikrimin öncəsini gətirərdim, insanlar bilərdilər ki, nədən danışırıq. Bunu bilmədiklərinə görə də ortaya belə bir xoşagəlməz hal çıxdı. Çox şükür ki, mənim elə bir problemim yoxdur. Onsuz da hamı danışmağa yer axtarır. Sabah sakitləşəcəklər. Normal insan düşünər ki, bu qız o qədərmi savadsızdır bu sualı versin. Ən azından məndən soruşa bilərdilər. Bu dərəcədə qabartmağa ehtiyac yox idi”.
Qeyd edək ki, aparıcı ötən gün ARB telekanalının efirində yayımlanan “Xəbər-ətər” proqramında Əhməd Cavadın nəvəsi Anar Axundzadəyə “Babanızı görmüsünüzmü?” sualını ünvanlayıb. O, isə “Babam 37-ci ildə güllələnib”, - deyə cavab verib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
