Magazin1
Röya çirkin bir qızdan görün nəyə çevrildi
Üz gözəlliyi boş şeydir. Qadın və ya kişi fərqi yoxdur. İnsanı 3 şey gözəl edir. 1, 2-ci yerlər ondan gələn cazibədar enerji. Bu, Allahın hədiyyəsidir. O, səni çirkin belə olsan, yüz gözəlin içində cazibədar edər. Çəkici deyirlər, şeytan tükü deyirlər, xarizma, şarm deyirlər, bu odur. O insan həmişə kampaniyaların ürəyi olur. Siması insanda xoş ovqat yaradır. Bu yoxdursa, o əməliyyatlar filan boşuna olur. Əməliyyat sadəcə dəstək verir.
Publika.az xəbər verir ki, bu sözləri eks-aparıcı, İRİS Televiziya və Jurnalistika Məktəbinin rəhbəri, telejurnalist İradə İsak deyib. O, hesab edir ki, gözəl olmaq önəmli deyil, gözəl olmağı bacarmaq daha çox önəmlidir. Qadın gözəlliyindən söz açan eks-aparıcı sözlərinə belə davam edib:
“Qadınlar var ayrı-ayrı cizgiləri idealdır, amma yapışmır heç kimə. Birinci bu olmalıdır. Sonrakı yerləri ağlı təsdiq edən güclü xarakter tutur. İnsanda o xarakteri duymazsan, nə qədər zərif olsa da, o gözəllik bir şeyə yaramır. Gözəl olmaq önəmli deyil. Gözəl olmağı bacarmaq önəmlidir.Və əsasların əsası qəşəng nitq, çəkici danışıq, qeyri-adi səs.
Danışıq səsi kobud olanı heç bir əməliyyat qurtarmaz. Sehr ağzı açana qədərdir. Bitdimi, bitmişdir!
Məsələn, kimsə Sibel Cana gözəl demir. Afrodita Hülyanı elan etdilər. Əslində o da gözəl qadındır. Amma xarizması, şarmı, şıltaq, mustəqil xarakteri, cazibəsi çəkidə ağır gəlir”.
Daha sonra İradə İsak Xalq artisti Röya Ayxanın əldə etdiyi uğurları misal çəkib:
“Elə bizim Röyanı götürün. Adam çirkin bir qızdan idola çevrildi. Adamlar özünü əməliyyat etdirib ona bənzətdilər. Demək ki, nə imiş. Hər şey, əsasında yenə Allah verən imiş. Bu şeyləri də həkimlər yapa bilmir”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
